20160127_123541

Regional Mərkəz və Rayon bölmələrində hesabat sisteminin təkmilləşdirilməsi üçün “Vahid hesabat sistemi”nin yaradılması ilə bağlı görüş

27.01.2016-ci il tarixində AzQAC-ın Baş Qərargahında AzQAC-ın Baş Katibi Ceyhun Mirzəyevin, Hesabat Sektorunun rəhbəri Yaqut Hüseynovanın, Beynəlxalq Əlaqələr şöbəsinin assistenti Nərgiz İbrahimlinin, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Regional  əməkdaşlıq üzrə  nümayəndəsi Gregory Le Coq, BQXK və AzQAC arasında əməkdaşlıq üzrə məsul şəxs Rasim Əlləzovun iştirakı ilə “AzQAC-ın Regional Mərkəz və rayon bölmələrində hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə “Vahid hesabat sistemi”nə keçilməsi” mövzusunda görüş keçirildi.

Görüş zamanı hal-hazırda Regional Mərkəz və rayon bölmələrinin hesabat sistemində olan mövcud problemlər, onların həlli yolları və “Vahid hesabat sistemi”nin hazırlanması üzrə fikir mübadiləsi aparıldı. Aparılan müzakirələr nəticəsində Ceyhun Mirzəyevin təklifi ilə ay ərzində rayon üzrə təşkilatlara olunan müraciətlərin sayı, rayon üzrə yardım alan vətəndaşlar haqqında dolğun məlumat və rayon üzrə keçirilən tədbirlər haqqında məlumat barədə olmaqla 3 bölmədən ibarət “Vahid hesabat sistemi”nin hazırlanmasına və 2016-ci ilin mart ayından başlayaraq Regional Mərkəzlərə göndərilməsinə, həmçinin AzQAC-ın 2016-2020-ci illəri əhatə edən Strateji İnkişaf  Planı üzrə rayon bölmələrində “Təşkilati İnkişaf“  sahəsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün Katiblik tərəfindən davamlı işin aparılmasının təkmilləşdirilməsinə qərar verildi.

Yeni hesabat sisteminin təbliği şəffaflığın artırılması, bölmələrin hesabatlılıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addım olacaqdırIMG-20160127-WA0005

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.