Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
14 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər, Miqrasiya şöbələrinin birgə təşkilatçılığı ilə miqrant uşaqlar və şəkərli diabed olan uşaqlar üçün təmənnasız olaraq möhtəşəm bayram tədbiri keçirildi.
Tədbir Bakı şəhəri K.Kazımzadə küçəsində yerləşən Amazon Əyləncə Mərkəzində (facebook: Amazon Cafe) baş tutdu.
Tədbiri giriş sözü ilə Cəmiyyətin İcraçı Katibinin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açıq elan edərək bu günün mahiyyətindən söhbət açmışdır.
Tədbirin mahiyyəti bundan ibarət idi ki, uşaqlar ən çox sevdiyi yeməkləri olan pizzanı özləri hazırlamalı idilər. Təcrübəli usta tərəfindən uşaqlar pizzanın hazırlanma qaydalarını öyrəndilər, hazırlıq prosesində çox əyləndilər. Hər bir uşağın adı bişirdiyi pizzaların üzərində yazılmışdı. Yemək hazır olduqdan sonra süfrəyə verildi. Öz bişirdiklərindən özləri daddılar, bu da uşaqlara stimul verirdi.
Qeyd edək ki, uşaqların içərisində şəkər xəstələri olduğu nəzərə alınaraq, onların dietalarına uyğun pizzalar hazırlanmışdı.
Pizza bişirilən zaman uşaqlar restoranda kiçik ekskursiya etdilər. Çünki, Amazon restoranı elə adına uyğun gözəl dizayna malik idi. Müxtəlif heyvanlardan hazırlanmış müqəvvalarla bəzədilən restoran uşaqların sevincinə, diqqətinə səbəb oldu.
Sonda tədbirdə iştirak edən valideynlər tədbirin ərsəyə gəlməsində Amazon restoranının rəhbərliyinə və əməkdaşlarına, Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə keçirdikləri bu möhtəşəm tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.
Taleyin bu uşaqlara bəxş etdiyi sevinc, gülüş payını çox az dadan bu uşaqları bayram münasibətilə sevindirmək, qəlblərini oxşamaq Tanrının ən böyük savabını qazanmaq deməkdir.