IMG_7983

Gənclər günü ilə əlaqədar tədbir keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.

2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu gün Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si Ümumilli Lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb.

14 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər, Sağlamlıq və qayğı şöbələri, Sabunçu rayon bölməsi,  Sabunçu rayonunun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə gənclər üçün “Gənclərin cəmiyyətdə rolu” adı altında maarifləndirici tədbir keçirildi.

Tədbir 3 fevral tarixində Sabunçu rayonunda yerləşən Gənclər evində baş tutdu.

Tədbiri giriş sözü ilə Sabunçu RB-nin sədri Elmira Məlikova və  Cəmiyyətin İcraçı Katibinin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açıq elan edərək bu günün mahiyyətindən söhbət açmışlar.

İlk öncə gənclərə videoçarx təqdim olundu. Daha sonra isə, Gənclər Komitəsinin nümayəndəsi tərəfindən Gənclərin cəlb olunma strategiyası haqqında geniş məlumat verildi, prezentasiya təqdim olundu. Gənclərə çay, kofe fasiləsi verildikdən sonra qrup işləri başlanıldı. “Gənclər lider kimi”, “Gənclərin sosial-humanitar sahədə rolu” və “Gənclərin səhiyyədə rolu” mövzuları adı altında 3 qrup təşkil olunaraq, müzakirələr aparıldı və prezentasiyalar təqdim edildi. Daha sonra isə tədbir musiqili-əyləncəli proqramla davam etdi.

Sonda tədbirdə iştirak edən gənclər tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, Gənclər və İdman idarəsinin rəhbərliyinə, Gənclər evinin rəhbərliyinə  keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.IMG_7834 IMG_7838 IMG_7854IMG_7825 IMG_7897 IMG_7906 IMG_7911 IMG_7915 IMG_7917 IMG_7924 IMG_7928 IMG_7967 Изображение 256 Изображение 258 Изображение 268 Изображение 275 Изображение 278 Изображение 293

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.