1cfd6c0a186601a3f60c75cf3a1923d4

Dövlət Miqrasiya Xidmətində İctimai şuranın görüşü

Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev DMX yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanı olan DMX tərəfindən görülən işlər, qarşıda duran vəzifələr barədə söhbət açıb. F.Nəbiyev miqrasiya sahəsində son illər beynəlxalq hüququn prinsiplərinə uyğun milli qanunvericilik bazasının yaradıldığını xüsusi vurğulayıb, respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib. Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına verilən önəmin nümunəsi kimi qeyd olunub. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış tədbirlər planının icrasının müvəffəqiyyətlə davam davam etdirildiyi bildirilib. İctimai Şuranın da Dövlət Miqrasiya Xidmətinin əsas prioriteti olan müraciət edənlərin məmnunluğunun təmin edilməsi, operativlik, şəffaflıq kimi prinsiplərin daha mükəmməl şəkildə reallaşdırılmasına öz töhfəsini verəcəyinə inam ifadə olunub. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov şuranın gələcək planları barədə məlumat verib. Xidmətin ictimaiyyətlə əlaqələri, qeyri hökumət təşkilatları ilə əməkdaşlığı istiqamətində atılan addımları, şuranın yaradılmasını yüksək qiymətləndirib. Görüşün sonunda II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələrini təqdim edib, bu məsuliyyətli işlərində uğurlar arzulayıb və onların aktiv fəaliyyət göstərmələrinin zərururiliyini bir daha diqqətə çatdırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.