2012-ci il dekabr ayından başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Avstriya İnkişaf Agentliyi (ADA) və Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi sayəsində “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi hədəf rayonların kəndlərində icmaların qarşılaşdığı riskləri, imkanları və imkansızlığı öyrənməklə onları lazımı bilik və bacarıqlarla təmin etməkdir.
Üc il ərzində davam olunan layihə İsmayıllı rayonunda başlamış və 2015-ci ildə bu layihəyə Qusar rayonu da əlavə olunmuşdur. Hal hazırki vaxtda layihənin növbəti üç il ərəfəsində davam olunması nəzərdə tutulur və bununla bağlı Avstriya İnkişaf Agnetliyi (ADA) və Avstriya Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü ilə layihənin planlaşdırılması və tərtib olunması üçün iyul ayının 8-dən 10-dək Bakı şəhəri və İsmayıllı rayonunda seminar və görüşlər təşkil olunmuşdur.
Seminarın əsas aparıcıları Avstriya Qızıl Xaç Cəmiyyəti tərəfindən dəvət olunmuş müstəqil ekspert cənab Robert Ruts və Avstriya Qızıl Xaç Cəmiyyətinin Qafqaz üzrə layihənin meneceri cənab Jirard Tieridir. AzQAC-ın Baş Qərargahında başlanan seminar cəmiyyətin layihədə müxtəlif səviyələrdə yaxından iştirak edən işçi heyyətini toplamışdır. İştirakçıları salamlayan AzQAC-nin Baş Katibi cənab Bayram Vəliyev seminarın açılışında bu layihənin AzQAC-i üçün vacibliyini vurğulayıb seminarın iştirakçılarına üğürlü və səmərəli iş arzuladı.
Sonra iştirakçılar seminarın programına əsasən toplanılmış informasiyanı, növbəti ərəfəyə hədəfə alınmış rayonlardakı vəziyyəti, mövcud problemləri, riskləri və Fəlakət Riskinin Azaldılması (DRR) üçün mümkün imkanların müzakirəsini aparmışlar. Bütün müzakirələrin son yekunu AzQAC-i tərəfindən ali məqsəd, ümumi vəzifə, gözlənilən nəticələr və aparılacaq fəaliyyətləri müəyyənləşdirərək və eyni zamanda mövcud imkanları, bilik və bacarıqları nəzərə alaraq məntiqi çərçivəni və növbət ərəfənin layihəsini tərtib etməkdədir
İsmayıllı rayonunda davam olunan seminar rayonun İcra Hakimiyyəti, Kənd bələdiyyəsi, Təhsil və Səhiyyə Nazirliklərinin yerli nümayəndələri, Qeyri Hökumət Təşkilatları, İcma əsaslı Fəlakət Riskini Azaltma qrupunun üzvlərini (CBDRR) əhatə etmişdir. İsmayıllı rayonun İcra Hakimiyyətinin birinci müavini cənab Rövşən Ağayev iştirakçıları salamlayaraq layihənin məhz İsmayıllı rayonunda aparılmasından məmnun olduğunu və layihənin icmaların inkişafına, onların möhkəm olmasına və təhlükəsizliyinə vacibliyini bildirdi. Görüşə toplanan nümayəndələrin qarşısında Avstriya İnkişaf Agentliyi/Avstriya Qızıl Xaçının dəstəyi ilə bu günə kimi görülmüş işlərə dair qısa prezentasiya və müəyyən edilmiş problemlər təqdim olundu. Qeyd olundu ki, layihənin təzə ərəfəyə işlənib hazırlanması və icrası üçün problemlərin aydınlaşdırılması, onların nə dərəcədə İsmayıllı rayonuna uyğun olunmasının təhlili və habelə tərəfdaşların rolunun, cəlb olunma səviyyələri, töhvələrinin müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. İştiraklı mühittə aparılmış görüş layihəni tərtib edən işçi qrupuna lazımlı məlumatların toplanılmasında kömək göstərdi.
Son mərhələ kimi seminarın axırıncı günü AzQAC-nin Baş Qərargahında keçirildi və iştirakçılar tərəfindən layihəyənin tərtib olunmasına lazım olan yekun məlumatlar toplanıldı, gələcək addımlar və məsuliyyətlərin işçi qrupu üzvlərinin arasında bölünməsi müzakirə edildi. Plana görə iyul ayının sonunadək layihənin qaralama variantı və ilin axırına qədər bütün prosesin yekunlaşdırılması nəzərdə tutulur.
Seminarda və layihə üzrə işçi qrupunu AzQAC-nin Baş Qərargahından layihənin Kordinatoru/AzQAC-ın Prezidentinin müşaviri cənab Elşən Səlimzadə, AzQAC Təbii Fəlakətlərə Hazırlıq və Cavabvermə Şöbəsinin müdiri Fərid Seyidzadə, AzQAC Baş Katibin Müavinləri xanım Səbinə Məhbubi-İran və cənab Şaban Şayev, AzQAC-in İlk Yardım üzrə mütəxəssisləri cənab Şahin Biləndərli və cənab Vurğun Həsənov, rayonlardan AzQAC İsmayıllı və Qusar rayonlarının sədrləri cənab Tofiq Soltanov və cənab Benyaddin Xeyirbəyev təmsil edirdilər.