DSCN0054

Nizamnamə üzrə Komissiyanın növbəti iclası keçirildi

2016-cı il martın 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında Milli Cəmiyyətin Nizamnaməsində yeni düzəliş və dəyişikliklər, spesifik maddələrinə əlavə təkliflərə dair yaradılan Komissiyanın geniş tərkibdə  növbəti 6-cı iclası keçirildi. Komissiyanın sədri Cəmiyyətin Vitse-prezidenti Qafar Əsgərzadə iclası açıq elan edərək, ötən müddət ərzində Komissiyanın gördüyü işlər barəsində məlumat verdi. Sonra Nizamnamənin VI bölməsi geniş şəkildə Komissiya üzvləri tərəfindən işlənib hazırlandı. Komissiya üzvlərinin rəy və təklifləri ilə həm bölmələr yenidən işləndi, həm də bölmələr üzrə yeni mətnin növbəti iclasda təkrar nəzərdən keçirilməsi barədə qərar qəbul olundu.

İclasda Komissiyanın katibi Çinarə Əliyeva, Komissiya üzvləri: İcraçı Katib Ceyhun Mirzəyev, Aparat rəhbəri Rövşən Əliyev, İdarə rəisi-vitse-prezident Əziz Qocayev, Rəyasət heyətinin üzvü, İcraçı Katibin müavini Şaban Şayev, Katibliyin hüquqşünası Leyla Məmmədzadə, BQXK- nin Əməkdaşlıq üzrə məsul işçisi Rasim Allazov, BQXK- nin Regional Əməkdaslıq üzrə nümayəndəsi Qregory Le Coq, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova, Sumqayıt RM Koordinatoru, Rəyasət Heyətinin üzvü Mətanət Məhərrəmova, Bakı RM Koordinatorunun müavini Ofelya Sadıxova, Qaradağ rayon bölməsinin sədri Niyaz Eyvazov iştirak etmişlər.DSCN0051 DSCN0053 DSCN0055DSCN0047

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.