Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, AzQAC-ın Fəxri üzvü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-u «Qızıl Aypara Günü» kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Belə ki, ənənəvi olaraq hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edilir. Ötən il 95 yaşını qeyd etmiş qocaman təşkilat bu il də öz missiyasına sadiq qalaraq tədbirlər planı hazırlamışdır. Bu günün önəminə uyğun olaraq, ilk olaraq AzQAC-ın Fəxri üzvü, Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilmişdir. Daha sonra isə Şəhidlər Xiyabanı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradıcısı, general- mayor Əliağa Şıxlinskinin məzarı ziyarət edilmişdir.Tədbirin davamı olaraq, Azərbaycan Texniki Universitetində qanvermə aksiyası keçirilmiş və 60-dan çox insan qan verərək bu aksiyada iştirak etmişdir.