Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 96-cı il dönümü ərəfəsində AzQAC Sumqayıt bölməsi qayğıya ehtiyacı olan uşaqlarla görüşdə olmuşdular.
Tədbir 5 mart 2016 cı ildə baş tutdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ayət Kərimova açaraq gələn qonaqları salamladı, daima onları diqqətdə saxlayan bölmənin əməkdaşlarınn qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi və sözü AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya verdi. Mətanət xanım öz çıxışında məktəbin müəllim və şagirdlərini salamlayaraq AzQAC-ın 96 il ərzində öz humanitar missiyası uğrunda fəaliyyət göstərdiyini nəzərə çatdırdı. O da həmçinin qarşıdan gələn bayramlar münasibəti ilə məktəb kollektivini və şagirdləri təbrik edərək səmimi arzularını bildirdi.
Çıxışdan sonra internat məktəbinin şagirdləri hazırladıqlar səhnəciyi və konsert çələngini məktəbin akt zalında bizlərə təqdim etdilər.
Tədbirin sonunda adının hallanmasını istəməyən xeyriyyəçi tərəfindən verilən çəkmələr və üst geyimləri Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbinin 18 nəfər daha ehtiyaclı şagirdlərinə paylanıldı. Hədiyyə alan uşaqların sevincinin həddi hüdudu yox idi. Belə uşaqlardan birinin valideyni çıxış edərək, bu məktəblə sıx təmasda olan, ehtiyaclı uşaqları daima diqqətdə saxlayan bölməmizin əməkdaşlarına minnətdarlığını bildirdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.