Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında həyata keçirilən ” İqtisadi Təhlükəsizlik ” layihəsi üzrə işlər artıq Qazax rayonunun Bala Cəfərli kəndində də başlamışdır. Bununla əlaqədər olaraq, 02-03-2016-cı il tarixində AzQAC-ın Qazax rayon bölməsinin əməkdaşları, BQXK-nin Bərdə ofisinin rəhbərliyi və ekspertləri Qazax rayonunun Bala Cəfərli kəndində olmuşlar. Onlar Qazax rayon İcra Hakimiyyətinin Cəfərli kəndi üzrə nümayəndəsinin köməyi sayəsində kənd əhalisinin müxtəlif təbəqələri ilə görüşmüş və gələcəkdə görüləcək işlərin proqramını hazırlamışlar.