Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti,millət vəkili Novruz Aslanov 06 aprel 2016-cı il tarixdə Tərtər rayonuna səfər etmişdir.Səfərin məqsədi son günlər Dağlıq Qarabağ və ətraf rayonlarda yaşanan gərginliklə bağlı Az.QAC-ın həmin rayonlarla yanaşı ətraf rayonlarda yerləşən yerli bölmələri və regional mərkəzlərinin əməkdaşları ilə geniş tərkibdə müşavirənin keçirilməsi olmuşdur.İlk olaraq Novruz Aslanov rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov və digər İcra nümayəndələri ilə birgə təmas xəttində yerləşən Tərtər rayon Qapanlı kəndində zərər çəkmiş evlərə baxış keçirilmiş,əhali ilə görüşmüş və mövcud vəziyyətlə yaxından tanış olmuşdur.
Daha sonra Tərtər rayon Gənclər Mərkəzində müşavirə başlamışdır.Novruz Aslanov öz çıxışında yerli bölmələrin əməkdaşlarına və könüllülərinə Az.QAC -ın mandatına və missiyasına uyğun olaraq belə hallarda hansı hərəkətləri etmələri,zəruri yardım tədbirlərinin keçirilmə qaydaları,mülki əhaliyə bu vəziyyətdə özlərini necə aparmaları haqda maarifləndirici məlumatların verilməsi,zərurət yarandığı halda yerli icra hakimiyyəti orqanları ilə koordinasiya məsələləri və s.tədbirlər barədə ətraflı məlumatlar,həmçinin tövsiyə və tapşırıqlar vermişdir.
Məlumat üçün bildirək ki,hadisələr zamanı Az.QAC şənbə və bazar günündə də iş başında olmuşdur.