foto (136)

Mobil dəstə” üzvləri növbəti mülki müdafiə təlimində iştirak etmişdilər.

Aprelin 29-da Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təşəbbüsü ilə «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Polietilen istehsalatının polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində 2016-cı ilin mülki müdafiə planına uyğun olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” möv­­zusunda maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilmişdir.

“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbi­ləşdirilməmiş mülki müdafiə qüvvələri ilə birgə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin, “Etalon Security” MMC-nin mühafizəçilərinin,  respublika Qızıl Aypara Cəmiyyətinin  Sumqayıt şəhər bölməsinin “Mobil dəstəsi”nin iştirak etdiyi və SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin maşın-mexanizminin cəlb olunduğu tədbirdə Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilmiş, şəxsi heyətin mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri komp­lek­sində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşı­sı­nın alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılmışdır.

Sıra düzülüşündə “Mobil dəstə”nin hazırlığı barədə raport verilmişdi. Məlum olmuşdu ki, 15 nəfərdən ibarət ilk yardım avadanlıqları ilə təmin olunmuş “Mobil dəstə” tərəfindən bir çadır qurulmuş və Respublika Aypara Cəmiyyətinə məxsus olan Təcili yardım maşını ilə bugünkü təlimdə iştiraka hazırdılar.

Sonra həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları, AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstəsi” özlərini hadisə yerinə çatdırmışlar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra  yaralılara ilkin tibbi yardım göstərmək üçün “Mobil dəstə”  və sanitar posta işə başlamışdır. Onlar da öz növbəsində şərti yaralıları hadisə yerindən təxliyə edərək,  xəsarət alanları xilas edərək təhlükəsiz əraziyə çıxararaq Cəmiyyətin təcili yardım maşını vasitəsilə şəhərin müalicə müəssisələrinə aparılmışdı. Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operativ müda­xiləsi ilə baş vermiş yanğının böyüyərək hazır məhsul anbarına və digər sahələrə keçməsinin qarşısı alınmaqla yanğın söndürülmüşdür.

Məşqin davam etdiyi müddət ərzində bütün qüvvələr qarşılıqlı fəaliyyət göstərmiş,  peşəkarlıq nümayiş etdirmiş, pərakəndəliyə və çaşqınlığa yol verilməmişdir. Keçirilən “Obyekt mülki müdafiə məşqi”ndə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Təlimin sonunda iştirak edən bütün heyətə və həmçinin Qızıl Aypara Cəmiyyətinin “Mobil dəstəsi”nə göstərdikləri aktivliyə görə xüsusi təşəkkür edilmişdir.foto (35) foto (53) foto (139) foto (190) foto (197) foto (221) foto (224) foto (250) foto (262) foto (275) foto (277) foto (301) foto (370) foto (374) foto (384) foto (412) foto (439)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.