13084044_488525524681481_2014675380_n

Kimlər insan alverinin qurbanı ola bilər ? mövzusunda seminar keçirildi

Bu ilin tədbirlər planına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər bölməsinin “İnsan alverinə qarşı mübarizə” adlı növbəti seminarı Mingəçevir Turizm Kollecində baş tutdu. 27 aprel 2016-cı il tarixində 90 nəfərə yaxın dinləyici iştirak edən seminara kollecin müəllim və tələbə heyəti qatılmışdı. Seminarı Az QAC-ti Mingəçevir şəhər bölməsinin təlimatçısı Ahəngari Könül aparırdı. AzQAC Mingəçevir şəhər bölməsinin gənclər üzrə təlimatçıları seminarın keçirilməsinə şərait yaratdığı üçün kollecin rəhbərliyinə minnətdarlığını bildirərək tədbirə start verdi. Təlimatçı “kimlər insan alverinin qurbanı ola bilər?”, “insanları cəlbetmə yolları”, Miqrasiya İnformasiya Mərkəzi, “İnsan alverinin qurbanı olmamaq üçün təhlükəsizlik qaydaları” barədə məlumat verdi. Seminarda həmçinin insan alveri barədə hazırlanmış videoçarx nümayiş olundu. Sonda isə tələbələrə maarifləndirici yayım materialları paylanldı.13077132_488525464681487_835634059_n 13077290_488525471348153_1853391145_n 13090154_488525568014810_1602604503_n 13101491_488525501348150_77993192_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.