Bu ilin tədbirlər planına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər bölməsinin “İnsan alverinə qarşı mübarizə” adlı növbəti seminarı Mingəçevir Turizm Kollecində baş tutdu. 27 aprel 2016-cı il tarixində 90 nəfərə yaxın dinləyici iştirak edən seminara kollecin müəllim və tələbə heyəti qatılmışdı. Seminarı Az QAC-ti Mingəçevir şəhər bölməsinin təlimatçısı Ahəngari Könül aparırdı. AzQAC Mingəçevir şəhər bölməsinin gənclər üzrə təlimatçıları seminarın keçirilməsinə şərait yaratdığı üçün kollecin rəhbərliyinə minnətdarlığını bildirərək tədbirə start verdi. Təlimatçı “kimlər insan alverinin qurbanı ola bilər?”, “insanları cəlbetmə yolları”, Miqrasiya İnformasiya Mərkəzi, “İnsan alverinin qurbanı olmamaq üçün təhlükəsizlik qaydaları” barədə məlumat verdi. Seminarda həmçinin insan alveri barədə hazırlanmış videoçarx nümayiş olundu. Sonda isə tələbələrə maarifləndirici yayım materialları paylanldı.