DSC_0786

Danimarkanın Snekkersten şəhərində Fövqəladə Halların İdarə olunması kollecində 2016-cı il may ayında Operativ İdarəetmə Təlimatı (OPM 1) təşkil olundu

Planlaşdırılmış Mülki Müdafiə Təlimat Proqramı və Şərq Tərəfdaş Ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab Tədbirləri üzrə Şərq Proqramı çərçivəsində Danimarkanın Snekkersten şəhərində Fövqəladə Halların İdarə olunması kollecində 2016-cı il may ayının 2-dən may ayının 6-a kimi I-ci Operativ İdarəetmə Təlimatı (OPM 1) təşkil olunmuşdur. Bu və növbəti təlimatda vaxtılə Mülki Müdafiə mövzusunda keçirilmiş İlkin Təlimat kurslarını (BAT adlanılan) uğurla bitirmiş Qafqaz ilə yanaşı (Azərbaycan, Ermənistan, Gürcüstan), Belarus, Moldova və Ukrayna ökələrindən olan namizədlər də (hər ölkədən dörd nəfər) iştirak etmişlər.

Təlimat zamanı təqdim olunan mövzular İlkin Təlimat kurslarının davamı olaraq daha geniş şəkildə izah olunmuş və xüsusi əhəmiyyət kəsb edən beynəlxalq əməliyyatlarda təbii fəlakətlər zamanı göstərilən fəaliyyətlərə yönəldilmişdir. İştirakçılara ölkə səviyyəsində fəlakətlərə necə cavab verilməsi və hazırlıqlı olması, məlumatın idarəedilməsi və istiqamətləndirilməsi, müxtəlif tərəfdaşlarla, Qeyri-Hökümət Təkilatları, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığın qurulması qaydaları, onların müxtəlif şəraitdə rolları təqdimatlar və qrup oyunlarının vasitəsilə izah edilmişdir.

Azərbaycan nümayəndəliyi tərəfindən Fövqəladə Hallar Naziliyinin əməkdaşları (Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin nəzdində Layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı İlkin Kəngərli, Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı, baş zabit Vuqar Qurbanov və Baş Əməliyyat İdarəsinin baş zabiti Aleksandr Fefelov) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı (Cəmiyyətin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran) iştirak etmişlər. Qeyd etmək lazımdır ki, təlimat boyu nümayəndəlik tərəfindən yüksək səviyyədə fəalliq və təcrübə nümayiş edilmişdir.

Bu mövzuda növbəti kursun keçirilməsi 2016-cı il iyun ayının  26-dan iyul ayının 1-nə kimi planlaşdırılır. Azərbaycan Qızıl Aypara Cəmiyyətini Fövqəladə Hallara Hazırlıq və Cavabvermə Şöbəsinin müdiri Fərid Seyidzadə təmsil edəcək.13091908_560521737459581_8995179426332233735_n 13124700_1160886063945046_301765410631142128_n 13138741_560636607448094_6041823218387176148_n 13138861_562069623971459_6809295698968190582_n 13139272_562069813971440_9090220273321639626_n DSC_0758 DSC_0767 DSC_0770 IMG_0021

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.