Planlaşdırılmış Mülki Müdafiə Təlimat Proqramı və Şərq Tərəfdaş Ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab Tədbirləri üzrə Şərq Proqramı çərçivəsində Danimarkanın Snekkersten şəhərində Fövqəladə Halların İdarə olunması kollecində 2016-cı il may ayının 2-dən may ayının 6-a kimi I-ci Operativ İdarəetmə Təlimatı (OPM 1) təşkil olunmuşdur. Bu və növbəti təlimatda vaxtılə Mülki Müdafiə mövzusunda keçirilmiş İlkin Təlimat kurslarını (BAT adlanılan) uğurla bitirmiş Qafqaz ilə yanaşı (Azərbaycan, Ermənistan, Gürcüstan), Belarus, Moldova və Ukrayna ökələrindən olan namizədlər də (hər ölkədən dörd nəfər) iştirak etmişlər.
Təlimat zamanı təqdim olunan mövzular İlkin Təlimat kurslarının davamı olaraq daha geniş şəkildə izah olunmuş və xüsusi əhəmiyyət kəsb edən beynəlxalq əməliyyatlarda təbii fəlakətlər zamanı göstərilən fəaliyyətlərə yönəldilmişdir. İştirakçılara ölkə səviyyəsində fəlakətlərə necə cavab verilməsi və hazırlıqlı olması, məlumatın idarəedilməsi və istiqamətləndirilməsi, müxtəlif tərəfdaşlarla, Qeyri-Hökümət Təkilatları, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığın qurulması qaydaları, onların müxtəlif şəraitdə rolları təqdimatlar və qrup oyunlarının vasitəsilə izah edilmişdir.
Azərbaycan nümayəndəliyi tərəfindən Fövqəladə Hallar Naziliyinin əməkdaşları (Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin nəzdində Layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı İlkin Kəngərli, Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı, baş zabit Vuqar Qurbanov və Baş Əməliyyat İdarəsinin baş zabiti Aleksandr Fefelov) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı (Cəmiyyətin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran) iştirak etmişlər. Qeyd etmək lazımdır ki, təlimat boyu nümayəndəlik tərəfindən yüksək səviyyədə fəalliq və təcrübə nümayiş edilmişdir.
Bu mövzuda növbəti kursun keçirilməsi 2016-cı il iyun ayının 26-dan iyul ayının 1-nə kimi planlaşdırılır. Azərbaycan Qızıl Aypara Cəmiyyətini Fövqəladə Hallara Hazırlıq və Cavabvermə Şöbəsinin müdiri Fərid Seyidzadə təmsil edəcək.