11 may 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində “QİÇS-lə mübarizə” mövzusunda maarifləndirici seminar və könüllü “skrininq test” müayinəsi keçirilmişdi.
15 may “İİV/QİÇS-dən dünyasını dəyişən insanların anım günü”nə həsr olunan tədbirin keçirilməsində məqsəd universitetin tələbələrinə QİÇS-in yaranması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsulları barədə məlumat vermək idi.
Tədbirdə giriş sözü ilə açan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tələbələri salamlayaraq QİÇS virusu barədə təbliğatın əhəmiyyəti barədə söz açmışdı. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova tələbələrə İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcə də Azərbaycanda olan statistik göstəriciləri, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar verdi. Mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov isə QİÇS virusuna yoluxma yollarından və virusdan müdafiə üsullarından bəhs etmişdir. Daha sonra çıxış edən Respublika Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova gənclər arasında İİV/QİÇS barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulamışdı.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tibbi heyəti tərəfindən aparılan könüllü “skrininq test” müayinəsində Sumqayıt Dövlət Universitetinin 500 nəfərədək tələbəsi iştirak etmişdi. Tədbir əsnasında AzQAC Sumqayıt bölməsinin könüllüləri tərəfindən tələbələrə maarifləndirici yayım materialları paylanmışdı.
QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tələbələri salamlayaraq QİÇS virusu barədə təbliğatın əhəmiyyəti barədə söz açmışdı. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova tələbələrə İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcə də Azərbaycanda olan statistik göstəriciləri, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar verdi. Mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov isə QİÇS virusuna yoluxma yollarından və virusdan müdafiə üsullarından bəhs etmişdir. Daha sonra çıxış edən Respublika Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova gənclər arasında İİV/QİÇS barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulamışdı.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tibbi heyəti tərəfindən aparılan könüllü “skrininq test” müayinəsində Sumqayıt Dövlət Universitetinin 500 nəfərədək tələbəsi iştirak etmişdi. Tədbir əsnasında AzQAC Sumqayıt bölməsinin könüllüləri tərəfindən tələbələrə maarifləndirici yayım materialları paylanmışdı.
© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.