DSC00367

Maariflənək ki, insan alverinin qurbanına çevrilməyək

AzQAC-nin Laçın rayon bölməsi 2016-cı ilin  may ayında Bakı şəhərində fəaliyyət göstərən rayonun Binə qəsəbəsində 46 saylı və Pircahan kənd, Qala qəsəbəsində Malıbəy kənd, Biləcəri qəsəbəsində 13 saylı, “Ümid” qəsəbəsində 7 saylı, Binəqədi rayonunda Alqulu kənd, Sabunçu qəsəbəsində 3 saylı tam orta məcburi köçkün məktəblərində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Qızıl Aypara Cəmiyyəti ilə birgə “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsi ilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV faza” layihəsi çərçivəsində IX-XI siniflərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə seminarları keçirmişdir.

Keçirilən seminarlar zamanı şagirdlərə tənzimlənməyən miqrasiyanın doğurduğu risklər, təhlükələr barədə məlumatlar verilmiş, qeyri-qanuni miqrant olmamaq üçün müəyyən olunmuş qaydalar və şərtlər izah olunmuşdur. Xaricdə təhlükəsiz şəraitdə təhsil almaq, işləmək, ailə qurmaq və yaşamaq üçün gənclərimizə düzgün davranış qaydaları haqqında məlumatlar verilmişdir.

Qeyd olunmuşdur ki, məlumatsızlıqdan hər il milyonlarla insan insan alverinin qurbanına çevrilir.Odur ki, şagirdlərə insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr izah olunmuş, insan alveri qurbanları üçün təhlükəsiz sığınacaq xidmətləri, “Qaynar xətt” telefon xidməti, Miqrasiya İnformasiya Mərkəzi və Məntəqələri haqqında məlumatlar verilmişdir.

Seminarlar təsdiq olunmuş proqram üzrə həyata keçirilmişdir. Video filmlər nümayiş olunmuş, şagirdlərə maarifləndirici bukletlər paylanmış, sonda sual-cavab və müzakirələr aparılmışdır. Ümumillikdə 275 nəfər məcburi köçkün yuxarı sinif şagird bu seminarlardan bəhrələnmişdir.

Bütün məktəblərdə keçirilən tədbirlər zamanı seminarın mövzusu ilə yanaşı istər dünyada, istərsə də respublikamızda Qızıl Xac və Qızıl Aypara hərəkatının yaranması və missiyası fundamental prinsipləri, gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.

Ümid edirik ki, keçirilən seminarlar gənclərimizin bu sahədə maariflənməsimə kömək edəcək və onların insan alverinin qurbanına çevrilməsinin qarşısını alacaq.DSC00373 DSC00401 DSC00408

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.