Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi işinin aparılması yönündə ciddi tədbirlər görməkdə davam edir.
Azərbaycan Respublikasının “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi” haqqında qanununa və Cenevrə Konvensiyalarına zidd olaraq, “ Leyla Şıxlinskaya” klinikasının xidmətində olan təcili yardım maşınının üzərində qırmızı aypara emblemindən istifadə edilmişdir. AzQAC-ın Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin Yayımı sektoru tərəfindən “Leyla Şıxlinskaya” klinikasına emblemdən istifadə etməyin bu sahədə qəbul olunmuş qanuna zidd olduğu haqqında məlumat verilmişdir. Klinikaya, həmçinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və emblemlərdən istifadə qaydaları haqqında məlumatverici yayım materialları verilmişdir.
Klinika edilən xəbərdarlığı nəzərə almış və təcili yardım maşınının üzərindən qırmızı aypara emblemini çıxartmışdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcək.