Azərbaycan Qızıl Aypara Cəmiyyətinin davamlı fəaliyyət istiqamətlərindən biri də Fondların artırılması və gəlir-gətirmə sahəsidir. AzQAC-ın 2016-2020-ci il Strateji İnkişaf Planına əsasən bu sahənin əsas prioritet işi Cəmiyyətin maliyyə imkanlarını və maliyyə mənbələrinin müxtəlifliyini təmin etməklə güclü maddi-texniki baza yaratmaqdır.
Bu fəaliyyətlər çərçivəsində AzQAC banklarda, ticarət mərkəzlərində, mağazalarda,müxtəlif iaşə obyektlərində və s. yerlərdə ianə qutuları yerləşdirir. Yeni və müasir metodlardan istifadə edən AzQAC bununla əlaqədar olaraq elektron ianə qutularından istifadə etmək məqsədilə Çin Qızıl Xaç Cəmiyyətinə müraciət etmişdir. Uğurlu danışıqlardan sonra Çin Qızıl Xaç Cəmiyyəti AzQAC-a bu qutulardan 2 ədəd ianə etmişdir.
Çin Qızıl Xaç Cəmiyyətinin rəhbərliyinə və kollektivinə AzQAC-ın rəhbərliyi, kollektivi, çoxsaylı üzvləri və könüllüləri adından təşəkkür edirik.