11 may 2016-ci il tarixində AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmovanın ad günü münasibəti ilə bölmənin işçi heyəti və könüllüləri bir araya gəlmişdir.
Əzizimiz Mətanət xanım, Sizi ad gününüz münasibətilə bütün ayparaçılar adından səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. AzQAC Sumqayıt bölməsində sədrlik etdiyiniz müddətdə onlarla könüllünü bir araya gətirdiniz, qayğınızı heç birimizdən əsirgəmədiniz. Siz bizlərə humanizmi, yardımlaşmağı və paylaşmağı öyrətdiniz və öyrətməyə də davam edirsiniz. Daima sevin, sevilin, çöhrənizdəki təbəssüm heç vaxt itməsin. Doğum Gününüz Mübarək.