image1

Ağdam, Tərtər və Goranboy rayonlarının kəndlərində icma arasında “İlk yardım” təlimləri keçirildi

2016-cı il İyun ayının 6 -dan 11-nə kimi Ağdam (Çəmənli, Əhmədağalı, Sarıcallı, Çıraqlı və Miraşelli), Tərtər (Qaradağlı, Qapanlı və Qazyan) və Goranboy (Tap-Qaraqoyunlu) rayonlarının kəndlərində icma arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə “İlk yardım” təlimləri keçirildi. Təlimlərin aparıcıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İlk Yardım Sektorunun rəhbəri Vurğun Həsənov və  İlk Yardım üzrə aparıcı təlimatçı doktor Şahin Biləndərli olmuşlar. Eyni zamanda tədbirin keçirilməsinə AzQAC tərəfindən İlk Yardım üzrə təlimatçılar  və könüllülər cəlb olunmuşdur. Dörd saata kimi keçirilmiş təlimdə əsas əhatə olunmuş mövzular bunlardır: insanın ürək-damar, tənəffüs, hərəkət və sinir sistemləri, hadisə yerinin təhlükəsiz nöqteyi nəzərdən və zərərçəkmiş insanın yoxlanılması, yanıqlar, qanaxmalar, sınıqlar və zərərçəkmiş insanın düzgün qaydada daşınması.

Təlimatçılar çalışdılar ki, nümayişlərlə müşayiət olunmuş mövzularda bütün iştirakçılar mümkün qədər praktiki məşqələlərə qoşulub sarğı bağlamaq, ətrafları hərəkətsiz qaydaya gətirmək üçün şinalardan və qanı dayandırmaq üçün xüsusi sıxaclardan istifadə qaydalarını öyrənib tətbiq etsinlər.

İlk Yardımla yanaşı zərərçəkmiş insanın psixoloji durumunun sabitləşməsi, onun kömək qəbul edəcəyi vəziyyətə gətirilməsi və bunun üçün onun sakitləşdirilməsi, ona diqqətlə qulaq asması, təhlükəsiz şəraitin yaradılması, yanında olub ağrısını ifadə etmək imkanını yaratmaq da çox vacibdir.

Tədbirdə 250 nəfərdən artıq rayon və kənd bələdiyəsi, icma, məktəb və səhiyyə nümayəndələri iştirak edirdilər. AzQAC Baş Qərargahı və BQXK-nin Bakıdakı Nümayəndəliyinin əməkdaşları, icraçı katibin müavini Səbinə Məhbubi-İran  əməkdaşlıq üzrə məsul şəxs  Rasim Allazov tədbir iştirakçılarına, ətrafda toplanma yerlərində əyləşən əhaliyə öz fikirlərini  ilə bölüşmələri üçün müraciət edib yeni Təhlükəsiz Davranış adlı plakatı təqdim etdilər. Müzakirələr əsnasında plakatda yazılan qaydalar və məsləhətlərə əlavələr və dəyişikliklər ediləcək.

Təlimin sonunda iştirakçıların hər birinə və kənd bələdiyyəsi, tibb məntəqələri, məktəblər, uşaq baxçalarına BQXK-i tərəfindən hazırlanmış “İlk yardım ” çantaları təqdim olunmuşdur.DSC02604 DSC02646 image2 IMG_0193 IMG_0206

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.