WhatsApp-Image-20160613 (6)

“Megafun” əyləncə mərkəzində maraqlı gün

AzQAC-ın donoru, “12 May” şirkətinin prezidenti, Azərbaycan  Kikboksing  Federasiyasının vitse -prezidenti Hacı Səbuhi Rəcəbin maliyyə dəstəyi ilə Ramazan ayı ərəfəsində AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan sağlamlıq imkanları məhdud uşaqlar üçün maraqlı gün təşkil olunmuşdur.

Uşaqlar üçün unudulmaz və şən keçən gün 13 iyun 2016-ci il tarixində “Megafun” əyləncə mərkəzində baş tutdu. Sağlamlığı məhdud olan uşaqlar müxtəlif atraksion və digər əyləncəli məkanlar seçib , oyunlar oynayaraq bolluca şənləndilər. Mətanət Məhərrəmova belə tədbirlərin təşkilində hər zaman dəstək olan Hacı Səbuhi Rəcəbə öz minnətdarlığını bildirmişdi və onu da qeyd etmişdir ki, o uzun illərdi AzQAC ilə sıx əməkdaşlıq edərək, onun fəal donoruna çevrilmiş, ayrı-ayrı bölgələrdə və eyni zamanda, Sumqayıt şəhərində ahılların və uşaqların sevincinə səbəb olmuşdur. Həmçinin 2015-ci ildə Hacı Səbuhi Rəcəbin dəstəyi ilə AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 50 nəfər sağlamlıq imkanları məhdud uşaqlar üçün gözəl bayram süfrəsi açılmış və bayram tədbiri təşkil olunmuşdur.

Müqəddəs Ramazan ayında belə şən və maraqlı gün təşkil etdiyi üçün uşaqlar, onların valideynləri, həmçinin AzQAC Sumqayıt şəhər bölməsinin kollektivi Hacı Səbuhi Rəcəbə dərin təşəkkürlərini bildirmişlər. “Megafun” əyləncə mərkəzində xoş, əyləncəli gün keçirən uşaqlar gözəl təəssüratlarla oradan ayrılmışlar.

şəkil (12) şəkil (45) şəkil (73)

şəkil (126) şəkil (128) şəkil (151) şəkil (169) şəkil (192) şəkil (205) şəkil (350) şəkil (415) WhatsApp-Image-20160613 (2) WhatsApp-Image-20160613 (6) WhatsApp-Image-20160613

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.