20160614_174925_resized

“Həyatınla paylaş, qan ver. Qan bizi birləşdirir” şüarı altında 14 İyun Ümumdünya Qan Donor Günü qeyd edildi

Hər il dünyada 14 İyun Ümumdünya Qan Donor Günü  qeyd edilir.

2005-ci ildən etibarən ( 2005-ci ilin May ayında Cenevrə şəh. 58-ci Ümumdünya Səhiyyə  Assambleyasında Qətnamə qəbul edilmişdir. Bu qətnamədə hər il 14 İyun (Karl Landşteynerın doğum günü 14 iyun 1868 il, Ümumdünya Qan Donor Günü kimi  qeyd etmək qərarı alınmışdır) dünyada ÜST tərəfindən hər il 14 İyun Qan donor günü kimi qeyd olunması tövsiyyə olunur. Məs bu gündə bu xeyirxah gözəl addıma – təmənnasız könüllü olaraq qan verib, xəstə insanların həyatını xilas etdiklərinə görə qan donorlara minnətdarlığımızı bildirmək imkanı yaradılır. Bu beynəlxalq səviyyədə donorlara göstərilən böyük hörmət və diqətin təzahürüdür.

Hər il dünyada 108 milyon doza qan toplanır. Azərbaycanda hemofiliya və talassemiya və digər qan xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, ən təhlükəsiz qanın mənbəyi daimi, könüllü və təmənnasız donorluqdur. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Ölkələrdə qan ehtiyatları məs elə könüllü mütəmadi və təmənnasız qan donorların hesabına toplana bilər.

“14 iyun – Ümumdünya Qan Donor Günü”nü qeyd etmək üçün və bununla da   Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Layf” İçtimai Birliyi təşkilatları ilə birgə  tədbir keçirilmişdir. Tədbirə hər iki təşkilatların könüllü mütəmadi qan donorları və qana ehtiyacı olan uşaqlar dəvət olunmuşlar. 

Tədbir iki hissədən ibarət  idi. Rəsmi hissədə təşkilatların nümayyəndələri, və Az.Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlat Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə  Babazadə çıxış edərək, bu günün qeyd olunmasının Azərbaycanda könüllü mütəmadi qan donorluğunun inkişafına dəstək olması üçün  vacib olduğunu vurğulayıb, qan donorlara minnətdarlıqlarını bildirmişlər. Rəsmi hissədən sonra AzQAC-in  daimi əməkdaşlıq etdiyi AzRespublikası Səhiyyə Nazirliyi 1 saylı psixiatrik xəstəxanasının reabilitasiya şöbəsinin pasiyentləri və əməkdaşları, “Dostluq” ansamblı və digər könüllülər tərəfindən hazırlanan konsert proqramı ilə çıxış etmişlər.  Tədbirdə iştirak edən qan donorlardan Elmira Məlikova, Zöhrə Zeynalova, Nəzakət Niftiyeva çıxışlarında mütəmadi qan verdikdə özlərini çox xoşbəxt hiss edir və bunu sevə-sevə etdiklərini vurğulamışlar.  Tədbirdə iştirak edən AzQAC-in Sabunçu rayon bölməsinin 10 nəfər könüllü mütəmadi qan donorlarının rayon üzrə  humanitar sahədə fəallığını xüsusi qeyd etmək lazımdır.  “Qan  bizi birləşirdirir” şüarı altında keçirilən tədbirdə qan donorlar talassemiya xəsə uşaqlarla rəqs edib birgə şənləndilər.  20160614_174724_resizedP1080376

20160614_153003_resized 20160614_153423_resized

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.