IMG_3594

Gəncə Regional Mərkəzində görüş

13-15 iyun 2016-cı il tarixində Gəncə şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gəncə RM-nə daxil olan rayon bölmə sədrlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə AzQAC-nın Baş Gərargahından İcraçı Katib Ceyhun Mirzəyev və İcraçı Katibin müavini Şaban Şayev iştirak edirdilər. Görüşün əsas məqsədi AzQAC-nın yeni “Strateji İnkişaf Planı” (2016-2020), Regional Mərkəz və rayon bölmələri üçün hazırlanmış yeni “Vahid hesabat sistemi” və “Təhlükəsiz Giriş” konsepsiyasının təqdimatı idi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi iş fəaliyyətində ən mühüm sənədlərdən biri olan “Strateji İnkişaf Planı” artıq hazırlanıb çapdan çıxmışdır. İlk öncə 2016-2020-ci illəri əhatə edən yeni “Strateji İnkişaf Planı”na daxil olan 5 məqsəd geniş şəkildə izah olundu, edilən dəyişikliklər və əlavələr nəzərinə çatdırıldı. Sədrlərə bildirildi ki, regional səviyyədə 5 əsas istiqamət rəhbər tutularaq, region üçün uyğun olaraq həyata keçirilməli və görülən fəaliyyətlər hesabatlarda öz əksini tapmalıdır. Təqdimatın sonunda hər bir rayon bölmə sədrinə yeni “Strateji İnkişaf  Planı” (2016- 2020) təqdim olundu.

Daha sonra isə Ceyhun Mirzəyev yeni “Vahid hesabat sistemi” haqqında məlumat verdi. AzQAC-ın Regional Mərkəz və rayon bölmələrindən toplanılan hesabatların daha dəqiq, şəffaf və bərabər olmasını təmin etmək məqsədilə “Vahid hesabat sistemi”nə keçirildiyi bildirildi. Üç hissədən: “müraciətlər; yardım alanlar və keçirilən tədbirlər” ibarət olan hesabat blankları təqdim olundu və bununla bağlı iştirakçıları maraqlandıran bütün suallar əhatəli şəkildə cavablandırıldı.

Son zamanlar cəbhə xəttində baş verən gərginliyi nəzərə alaraq, sədrlərə “Təhlükəsiz Giriş” konsepsiyası da təqdim olundu və bildirildi ki, işçilərin və könüllülərin bu təhlükəsizlik qaydalarına əməl etmələri vacibdir.

Görüş zamanı AzQAC-nın miqrasiya sahəsində gördüyü fəaliyyətlərdən də məlumat verildi. Bildirildi ki, artıq bir neçə müddətdir ki, rayonlar səviyyəsində insan alverinə qarşı seminarlar təşkil olunur. İnsan alverinə qarşı mübarizə mövzusunda maarifləndirmə seminarlarının yüksək səviyyədə qarşılanması və təşkil olunmasına  görə  belə seminarların gələcəkdə də davam olunması məqsədə uyğun görülmüşdür.IMG_3584 IMG_3586

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.