IMG_0267

Strateji İnkişad Planı, vahid hesabat sistemi və digər təşkilat daxili məsələlər ilə bağlı görüş keçirildi

27-28 iyun 2016-cı il tarixində Mingəçevir şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingəçevir RM-nə daxil olan rayon bölmə sədrlərinin,  Baş Gərargahdan İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavinləri Səbinə Məhbubi-İran və Şaban Şayev və BQXK-nin nümayəndələrinin Regional Əməkdaslıq üzrə nümayəndəsi Qregory Le Coq və Əməkdaşlıq üzrə məsul şəxsi Rasim Əlləzovun  iştirakı ilə görüş keçirilmişdir. Görüşdə AzQAC-ın yeni tərtib edilmiş “Strateji İnkişaf Planı” (2016-2020), Regional Mərkəz və rayon bölmələri üçün hazırlanmış yeni “Vahid hesabat sistemi”, “Təhlükəsiz Giriş” konsepsiyası təqdim edilmiş, yerlərdə Migrasiya İnformasiya Mərkəzlərinin fəaliyyəti, “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda aparılmış seminarlar və Mobil Könüllü Dəstələrin yaradılması məsələləri müzakirə olunmuşdur.

Programa uyğun olaraq ilk öncə 2016-2020-ci illəri əhatə edən yeni “Strateji İnkişaf Planı”na daxil olan 5 məqsəd,  edilən dəyişikliklər və əlavələr geniş şəkildə izah olundu. İştirakçılara bildirildi ki, 5 əsas istiqamətlər rəhbər tutularaq regional səviyyədə görülən fəaliyyətlər və müvafiq göstəricilər hesabatlarda öz əksini tapmalıdır.

Daha sonra isə Katiblik tərəfindən digər hazırlanmış sənəd “Vahid hesabat sistemi” sənədi haqqında məlumat verildi. AzQAC-ın Regional Mərkəz və rayon bölmələrindən toplanılan hesabatların daha dəqiq, şəffaf və birgə şəkildə təqdim edilməsi məqsədilə “Vahid hesabat sistemi”nə keçirildiyi bildirildi. Üç hissədən: “müraciətlər, yardım alanlar və keçirilən tədbirlər” ibarət olan hesabat blanklarının əsasında  iştirakçıları maraqlandıran bütün suallara əhatəli şəkildə cavablar verildi, misallarla yazılma qaydası izah olundu.

Son zamanlar cəbhə xəttində baş verən gərginliyi nəzərə alaraq, sədrlərə təhlükəsizlik qaydalarına daha ciddi əməl etmələrinın vacibliyi vurğulanaraq bunun üçün lazım olan əsas amillər səsləndirildi. Məsələn qeyd olundu ki, yerlərdə düzgün davranışa, xarici görünüşə, təşkilat arası və kənarda münasibətlərin düzgün qurulmasına fikir verilməli, risklər, imkanlar nəzərə alınmalı və müvafiq bilik, bacarıqlar əməl olunmalıdır. Deyilənlərin hamısı “Təhlükəsiz Giriş” konsepsiyası formasında hazırlanaraq eyni zamanda yeni tərtib olunmuş Strateji İnkişaf Planında öz əksini tapmışdır.

Görüş zamanı AzQAC-nın miqrasiya sahəsində gördüyü fəaliyyətlər, tədbirlər  təqdim olundu, Miqrasiya İnformasiya Mərkəzlərin mahiyyəti açıqlandı və “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda yüksək səviyyədə aparılmış seminarlar qiymətləndirilərək alqışlandı.

İştirakçılara olan sonuncu müraciət olaraq bildirildi ki, fövqəladə hallar zamanı çevik səfərbər olunan, düzgün qaydada qiymətləndirməni aparan, humanitar dəstəyin paylanışında fəal iştirak edən, İlk Yardım vərdişləri, Axtarış xidmətini göstərən Mobil Könüllü Dəstələrin yaradılmasına ehtiyac yaranmışdır. Strateji İnkişaf Planının ikinci məqsədinə istinad edərək qeyd edildi ki, AzQAC-ın mobil könüllü dəstələrinin ilk öncə regional səviyyədə və sonra təbii fəlakətlərə daha meyilli olan rayonların səviyyəsində yaradılması və təlimatlandırılması nəzərdə tutulur.

Təqdimatların sonunda hər bir rayon bölmə sədrinə yeni “Strateji İnkişaf  Planı” (2016- 2020) və vahid hesabatın nüsxəsi təqdim olundu.image1 (1) image1 image2 IMG_0270 IMG_0272

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.