13557821_1762371607312390_6811402754635973782_n

Mütəmadi qan donorların görüşü təşkil olundu

Bugün  ölkədə AzQAC-ti könüllü təmənnasız qan donorluğun təbliğində təcrübəli təşkilat kimi tanınır və  aparıcı rol oynayır. “Azərbaycanda könüllü qan donorluğunun inkişafı”  layihəsi çərçivəsində AzQAC tərəfindən  həyata keçirilən əhali arasında könüllü, mütəmadi qan donorluğunun təbliği ilə yanaşı, həm keçmiş Sovet İttifaqı həm də indiki  dövrdə Qızıl Xaç və Qızıl Aypara hərəkatında fəal iştirak edən mütəmadi qan verən insanlarla görüşlər təşkil olunaraq, onlara  diqqət və qayğı göstərilir.

Belə ki, 14 İyun Ümumdünya Qan Donoru Günü ilə əlaqədar  “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanovanın təşəbbüsü və təşkilatçılığı ilə AzQAC-in qan donorlarının görüşü təşkil olunmuşdur. Görüş  Qızıl Xac/Aypara Hərəkatının fəal üzvü və uzun illər ərzində mütəmadi qan donoru olan Tahirə xanım Əkbərovanın evində baş tutdu. Onu kimi Hərəkatının fəal üzvü,  qan donoru olan və buna görə “Piroqov Medalı” ilə yanaşı digər mükafatlara layiq görülən Adil Bayramov (ATU-in Mikrobiologiya kafedrasının dosenti),  AzQAC xətti ilə qanvermə aksiyalarında fəal iştirak edən Elmira Məlikova (AzQAC Sabunçu RB sədri), Axundova Lamara (Florens Naytingeyl Medalına layiq görülən AzQAC-in patronaj tibb bacısı), Şəfəq Teymurova (19 saylı poliklinikanın baş həkimi), Pəri Həsənzadə (həkim) də görüşə dəvət olunmuşlar. Bu fədakar insanları birləşdirən və bir araya gətirən Qızıl Xac/Aypara Hərəkatı, xüsusilə qan donorluğu sahəsidir. Görüşdə iştirak edənlər hər biri öz həyat təcrübəsinə aid olan məlumatlarla paylaşdılar. Səmimi, xoş əhval-ruhiyyə şəraitdə keçən bu görüşdə,  qan donorluğu fəaliyyətlərdə daha çox təcrübəyə malik olan Tahirə xanım Əkbərova və Adil Bayramov Qızıl Xac/Aypara Hərəkatına dair həyata keçirdikləri fəaliyyətlərdə uğurlu təcrübələr barədə fərəhlə söyləyib, təltif olunan Fəxri Fərmanlar, Medal və nişanları, iştirak etdikləri tədbirlərdən olan  fotoşəkilləri  nümayiş edib, onlara qiymət və dəstək verən rəhbər və alimləri  xoş sözlərlə yada salmışlar. Görüş zamanı donorları hər biri Azərbaycan Qızıl Aypara Cəmiyyətini, ümumilikdə, Beynəlxal Qızıl Xaç/Aypara Hərəkatını  çox sevdiklərini və bu hərəkata daim sadıq olduqlarını vurğulamışlar. Onlar humanist, mərhəmətlik, insansevərlik, könüllülük prinsiplərinə əsaslanaraq, qan donorluğunun inkişafında fəal iştirak edib, Azərbaycanda qan xidmətinin gücləndirilməsinə dəstək olduqlarını  qeyd etmişlər.  Mütəmadi qaydada (ən azı ildə iki dəfə), onlar qan verib, saysız hesabsız insanların həyatını xilas etmişlər. Bununla yanaşı, veteranlar digər humanitar fəaliyyətlərdə də böyük sevgi və istəklə,  iştirak etdiklərini vurğulamışlar .

Çay süfrəsi ətrafında iki saat ərzində mütəmadi qan donorlar həm keçmişdə, həm də indiki vaxtda AzQAC humanitar təşkilatlardan, xüsusilə də  qan donorluğunun inkişafında öndə gedən təşkilatlardan olduğu barədə çoxlu misallarla, söhbət etdilər.13516152_1762371497312401_1110848485082066150_n 13516307_1762371407312410_531696253436119086_n P1080401

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.