2016-cı il İyul ayının 5-da Müqəddəs Ramazan ayı münasibətilə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi qeydiyyatında olan, ömrünün müdriklik çağını yaşayan tənha və ahıl insanlar üçün bayram tədbiri keçirildi. Əvvəlcədən müraciətimizə əsasən AzərTexnolayn MMC-nin rəhbərliyi tərəfindən 60 nəfərə,Azərikimya İB-yi isə 50 nəfər qeydiyyatımızda olan ahıl insanları bayram sovqatı ilə sevindirdilər. Tədbiri Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova giriş sözü ilə açaraq ahılları bu gözəl bayram münasibətilə təbrik etmiş, Sumqayıt şəhərinin təməlini qoyan, onu qurub-yaradan bu insanlara can sağlığı arzulamış və gələn qonaqları iştirakcılara təqdim etmişdi. Sonra çıxış üçün sözü Azərikimya İB Müşahidə şürasının sədri,milli məclisin deputatı Muxtar Babayevə verdi. Millət vəkili ömrünün ahıllıq çağını yaşayan bu müdrik insanlara can sağlığı və uzun ömür diləyərək, onlara ən xoş arzularını bildirdi.Daha sonra söz alan AzərTexnolayn MMC-nin təmsilçisi korporativ işlər üzrə mütəxəssisi Günel xanım Vəliyeva ahılları təbrik etdi.
Söz alan ahıllar da daima onları diqqətdə saxlayan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin rəhbərliyinə və bayram sovqatı ilə təbrikə gələn nümayəndələrə öz səmimi təşəkkürlərini bildirdilər.110 nəfər dəvətli ahıllara müxtəlif çeşidli ərzaq bağlamaları olan bayram sovqatlar könüllülər tərəfindən paylanıldı.Sonda xatirə şəkilləri çəkildi. Müqəddəs Ramazan bayramında ahıllar Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən yad olundula1