Bu ilin Ramazan ayı AzQAC Sumqayıt bölməsi ücün hər ildən fərqli olaraq,daha ugurlu olub.Belə ki,bir cox xeyirxah idarə və müəssisələr,təşkilatlatlar,xeyriyyəci insanlar birlik nümayiş etdirərək iftar süfrələri acmış, qeydiyyatımızda olan ehtiyaclı ahıllara,saglamlıq imkanı məhdud uşaqlara müftəlif növlü humanitar yardımlar göstərmişdilər.Belə ki, ay ərzində Sumqayıt şəhər icra hakumiyyətinin təşkil etdiyi iftar süfrəsi, Azərikimya IB-yi şəhərin müxtəlif xeyir-şər evlərində 600 nəfərdən cox aztəminatlı ailələrə acdıgı iftar süfrələri imkansız və ahıl insanların sevincinə səbəb olmuşdu.Imperial Tobacco şirkətinin əməkdaşlarının şəxsi vəsaiti hesabına 20 nəfərə gəyirdiyi 27 adda ərzaq sovqatı, AzərTexnolayn MMC-n 60 nəfərə,Azərikimya IB-n 50 nəfərə,ayrı-ayrı xeyirxah insanların 155 nəfərə gətirdikləri ərzaq sovqatları bu kövrək təbəqənin nümayəndələrinin sevincinə səbəb olmuş, onların tək olmadıqlarını onlara hiss etdirmişdilər. Bundan əlavə ay ərzində bölmənin xeyriyyəcisi hesab olunan Hacı Səbuhi Rəcəb saglamlıq imkanları məhdud uşaqları Maqafun əyləncə mərkəzinə dəvət etmiş,onların bir günlük istirahətini təşkil etmişdi.Həmrəylik,birlik,məxfirət ayı olan on bir ayın sultanı Ramazan ayında ehtiyaclı insanlarla bölüşən sadaladıgım idarə və təşkilat rəhbərlərinə,xeyriyyəci insanlara bölməmiz və öz adımdan dərin minnətdarlıgımı bildirir və deyirəm: Allah paylaşanları sevir.Qoy sevindirdiyiniz yüzlərlə ehtiyaclı insanların duaları hər zaman sizləri qorusun! Allah yar və yardımcınız olsun!
Bütün bu tədbirlərin ərsəyə gəlməsində cəmiyyətimizin sütunu olan könüllülərin fəaliyyəti danılmazdı.İftar süfrələrinin acılmasında,qulluq edilməsində,evlərdə yataq xəstələrinə yardımların paylanılmasında ümumiyyətlə əməyi kecən bütün könüllülərimizə canı könüldən təşəkkürlərimi bildirir,ən xoş arzularımı onlara catdırıram.Aypara cəmiyyəti xeyirxahlıq məbədidir. Uca Allah həyat yolunu bu məbəddən salan könüllülərimizin yoluna daima işiq sacsın! Yolunuz həmişə acıq və rəvan olsun! Bayramınız mübarək.