UNCHR vs AzRC

AzQAC uzun illərin sınağından çıxmış proqressiv təcrübəsi ilə yenə də öndədir

BMT-nin Qaçqınların Hüqüqlarının Müdafiəsi Ali Komissarlığı (UNHCR) ofisində keçirilən qızğın müzakirənin mövzusu 2015-ci ildə “Həyat”  Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) ölkəyə gələn miqrantlar üçün müxtəlif təşkilat və qurumlar tərəfindən təşkil edilən kursların müdavim davamiyyəti və dərs keyfiyyətinin yoxlanması ilə bağlı aparılan Fokus Grup (FQ) sorğu və araşdırmalarının nəticələrinin birgə müzakirəsi idi. Müzakirədə kurs müəllimləri,“Həyat” Beynəlxalq təşkilatının Humanitar Dəstək ictimai birliyinin sədri Azər Allahverənov, QQGM-rəhbəri Zəminə Səfərova və işçi heyəti, BMT Qaçqınların Hüqüqlarının Müdafiəsi Ali Komissarlığının (BMTQAK) məsləhətçisi Karneliya Luna, BMTQAK –ın ofis Proqram rəhbəri Migena Tane, Təhsil üzrə koordinator Fuad Məmmədov və digər nümayəndələr iştirak edirdilər. AzQAC-ni Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı, miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyeva təmsil edirdi.

Bu müzakirədə xanım Karneliya tərəfindən kursların müvəffəqiyyət səviyyəsi qrafiki iştirakçılar üçün sərgiləndi və qeyd edildi ki, keçirilən kurslar arsında aylar üzrə ən davamlı və ən uğurlu kurs miqrantlara AzQAC tərəfindən təmənnasız təşkil edilən Azərbaycan dili kursudur. İkinci yerdə Riyaziyyat kursunun göstəriciləri yer almışdı. Məlumat üçün Sona Hajiyeva bildirdi ki, bu kurs Cəmiyyətin prezidenti, Millət vəkili,  cənab Novruz Aslanovun şəxsi təşəbbüsü ilə 2013-cü ilin Oktyabr ayından açılıb. Artıq 3- cü tədris ilini(9 ay olmaq üzrə) başa vurub və bu günlərdə müdavimlərə uğurlu iştirak və müvəffəqiyyət üçün hər tədris ilinin adəti üzrə buraxılış Şəhadətnaməsi paylanacaq.

Miqrantlar arasında aparılan FQ tərəfindən aparılan sorğularda miqrantlar Azərbaycan dili dərsləri, müəllimin fədakarlığı və Aypara cəmiyyətinin xeyirxahlığından yüksək səviyyədə bəhs ediblər.

Müzakirədə digər kursların fəaliyyət səviyyəsi müzakirə olundu, kursların fəaliyyətində irəliləyiş əldə olunması və əlavə vacib kursların təşkil edilməsi üçün Zəminə Səfərova, Fuad Məmmədov, Azər Allahverənov, Sona Hajiyeva və başqa iştirakçıların təklif və məsləhətləri dinlənildi, xanım Migena və xanım Karneliya görülən işlər üçün təşəkkürlərini bildirərək yekun rəylərini ifadə edib müzakirədən irəli gələn bəzi planların və fəaliyyətlərin nəticələri üçün yenidən görüşmək ümidində olduqlarını bildirdilər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.