P1080442

Sağlam həyat tərzinin təbliğatı AzQAC prioritet fəaliyyətlərindən birilir

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən irəli sürülən “Təhlükəsiz, Sağlam  Həyat Tərzi” Kontseptsiya, Milli Cəmiyyətinin  bəşəriyyətin inkişafına   verdiyi daha  bir  töhfəsidir. 2020 Strategiyada da bu öz əksini tapmışdır: həm  ətraf  mühitdən alacaqlarımız, həmdə  ailə, cəmiyyət  və dövlətlər arasında bir birimizə olan   münasibətlərin qurulmasına dair   bizə əlçatan ehtiyatlar, bilik və bacarıqlarımıza əsaslanan seçim qarşısında açıq olan  dəyərləri  və dünya görüşünü  əks etdirir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə  “Sağlam Həyat Tərzi”nin təbliğinə  önəmli yer ayrılır. Bununla bağlı, Cəmiyyət ölkədə fəaliyyət göstərən dövlət və qeyri hökumət  təşkilatlarla əməkdaşlıq edərək, Regional Mərkəzlər və Rayon Bölmələri vasitəsilə  əhali, xüsusən yeniyetmə və gənclər arasında, həssas qrupdan olan icma üzvləri   arasında “Sağlam həyat tərzi” mövzusunda  seminarları təşkil edir.

Belə ki, iyul ayının 19-da AzQAC iştirakı ilə  “Gender bərabərliyi” İçtimai Birli tərəfindən həyata keçirdiyi “Ailə məktəbi” kursunun təşkili layihəsi çərçivəsində gənclərə “Sağlam həyat tərzi” mövzusunda seminar keçirilmişdir. Seminarda AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən sağlam həyat tərzinin anlayışı, oraya daxil olan mövzular izah edilmiş, sağlamlığa təsirlər barədə məlumatlar çatdırılmışdır. İştirakçılar məlumatlarla bağlı suallar vermiş, seminarın onlar üçün maraqlı və faydalı olduğunu bildirmişlər. Iyul ayının 20-də isə  Saglam həyat tərzi movzusunda seminar miqrantlara təşkil olunmuşdur. Seminarda iştirakcılar arasında uşaqların çoxlugunu nəzərə alaraq movzu ilə bağlı məlumatlar müxtəlif  oyunlar, tapmacalar və digər hərəkətli tapşırıqlar vasitəsilə  izah edilmişdir. Uşaqlar həvəsle bütün tapşırıqları yerinə yetirirdilər. Miqrantlara sağlamlıqla bağlı digər ( İlk Yardım, İlk psixoloji yardım, Qan donorluğu, HİV/AİDS və Hepatitlər lə mübarizə, Vərəm və s. mövzulara həsr edilən seminarların təşkili nəzərdə tutulur.DSC_1092 P1080418 P1080429

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.