Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən irəli sürülən “Təhlükəsiz, Sağlam Həyat Tərzi” Kontseptsiya, Milli Cəmiyyətinin bəşəriyyətin inkişafına verdiyi daha bir töhfəsidir. 2020 Strategiyada da bu öz əksini tapmışdır: həm ətraf mühitdən alacaqlarımız, həmdə ailə, cəmiyyət və dövlətlər arasında bir birimizə olan münasibətlərin qurulmasına dair bizə əlçatan ehtiyatlar, bilik və bacarıqlarımıza əsaslanan seçim qarşısında açıq olan dəyərləri və dünya görüşünü əks etdirir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə “Sağlam Həyat Tərzi”nin təbliğinə önəmli yer ayrılır. Bununla bağlı, Cəmiyyət ölkədə fəaliyyət göstərən dövlət və qeyri hökumət təşkilatlarla əməkdaşlıq edərək, Regional Mərkəzlər və Rayon Bölmələri vasitəsilə əhali, xüsusən yeniyetmə və gənclər arasında, həssas qrupdan olan icma üzvləri arasında “Sağlam həyat tərzi” mövzusunda seminarları təşkil edir.
Belə ki, iyul ayının 19-da AzQAC iştirakı ilə “Gender bərabərliyi” İçtimai Birli tərəfindən həyata keçirdiyi “Ailə məktəbi” kursunun təşkili layihəsi çərçivəsində gənclərə “Sağlam həyat tərzi” mövzusunda seminar keçirilmişdir. Seminarda AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən sağlam həyat tərzinin anlayışı, oraya daxil olan mövzular izah edilmiş, sağlamlığa təsirlər barədə məlumatlar çatdırılmışdır. İştirakçılar məlumatlarla bağlı suallar vermiş, seminarın onlar üçün maraqlı və faydalı olduğunu bildirmişlər. Iyul ayının 20-də isə Saglam həyat tərzi movzusunda seminar miqrantlara təşkil olunmuşdur. Seminarda iştirakcılar arasında uşaqların çoxlugunu nəzərə alaraq movzu ilə bağlı məlumatlar müxtəlif oyunlar, tapmacalar və digər hərəkətli tapşırıqlar vasitəsilə izah edilmişdir. Uşaqlar həvəsle bütün tapşırıqları yerinə yetirirdilər. Miqrantlara sağlamlıqla bağlı digər ( İlk Yardım, İlk psixoloji yardım, Qan donorluğu, HİV/AİDS və Hepatitlər lə mübarizə, Vərəm və s. mövzulara həsr edilən seminarların təşkili nəzərdə tutulur.