P1080493

Könüllü miqrant ailəsi xeyirxah təşəbbüs göstərib qan verdilər

AzQAC son 3 ildə Əfqanistan, İraq, Pakistan, Çeçen, İran Suriya və s. ölkələrindən olan miqrantlar arasında  bir çox təhsil, azərbaycan dili kursu, tibbi-sosial, humanitar, mədəni- içtimai  sahələrdə fəaliyyətlər həyata keçirdir.Miqrantlar onlar üçün təşkil olunan tədbirlərdə fəal iştirak edir, AzQAC-nə  onlara daim göstərilən diqqət və qayğıya görə  təşəkkürlərini bildirirlər.

İran İslam Respublikasından olan Kokabidaneş ailəsinin  üzvləri öz ölkələrində mütəmadi qan verən donorlardır. Ailədə bir xəstə övladın olması və onun hər zaman qana ehtiyac hiss etməsi  bu insanları  bu addımı atmağa sövq edir. Azərbaycanda yaşadıqları iki il müddətində ilk dəfə qan vermək arzusu ilə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanovaya müraciət etmiş və çox razılıq hissi ilə qarşılanmışlar.

Belə ki, iyul ayının 26-da M.Qaraxanovanın  müşayəti ilə Mərkəzi Qan Bankına gedərək qan verdilər. Qanverdikdən sonra, onlar “Bizim övladımıza da kimsə qan verir. Biz qan verməklə, biz də hansısa bir uşağı (insanı)  xilas etmiş oluruq” ,-sözlərini deyərək məmnun olduqlarını və təşəbbüslərinin yüksək qiymətləndirildiyi üçün AzQAC-in idarə heyətinə  öz təşəkkürlərini  bildirdilər.  Biz də İran İslam Respublikasından olan miqrant  ailəsinə atdıqları bu  insanpərvər və təmənnasız addıma görə dərin təşəkkürümüzü bildiririk.P1080498
P1080499
P1080501

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.