AzQAC son 3 ildə Əfqanistan, İraq, Pakistan, Çeçen, İran Suriya və s. ölkələrindən olan miqrantlar arasında bir çox təhsil, azərbaycan dili kursu, tibbi-sosial, humanitar, mədəni- içtimai sahələrdə fəaliyyətlər həyata keçirdir.Miqrantlar onlar üçün təşkil olunan tədbirlərdə fəal iştirak edir, AzQAC-nə onlara daim göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirirlər.
İran İslam Respublikasından olan Kokabidaneş ailəsinin üzvləri öz ölkələrində mütəmadi qan verən donorlardır. Ailədə bir xəstə övladın olması və onun hər zaman qana ehtiyac hiss etməsi bu insanları bu addımı atmağa sövq edir. Azərbaycanda yaşadıqları iki il müddətində ilk dəfə qan vermək arzusu ilə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanovaya müraciət etmiş və çox razılıq hissi ilə qarşılanmışlar.
Belə ki, iyul ayının 26-da M.Qaraxanovanın müşayəti ilə Mərkəzi Qan Bankına gedərək qan verdilər. Qanverdikdən sonra, onlar “Bizim övladımıza da kimsə qan verir. Biz qan verməklə, biz də hansısa bir uşağı (insanı) xilas etmiş oluruq” ,-sözlərini deyərək məmnun olduqlarını və təşəbbüslərinin yüksək qiymətləndirildiyi üçün AzQAC-in idarə heyətinə öz təşəkkürlərini bildirdilər. Biz də İran İslam Respublikasından olan miqrant ailəsinə atdıqları bu insanpərvər və təmənnasız addıma görə dərin təşəkkürümüzü bildiririk.