Ana südü uşaq üçün vacib olan qida maddələrini təqdim edən və onun sağlam böyüməsi üçün ən yaxşı vasitədir.
2016-ci il 1-7 avqust tarixində dünyada ana südü ilə qidalanma həftəsi nin 170 ölkədə ana südü ilə qidalanmanı dəstəklənməsi və uşaqların sağlamlığını yaxşılaşdırmasını məqsədi ilə qeyd olunur. Bu günün qeyd olunması, ana südü ilə qidalanmanın dəstəklənmə və həvəsləndirməyə dair məsələlərini əks etdirən 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNİCEF arasında imzalanmış İnnoçenti deklarasiyasına əsasən qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünyada ana südü ilə qidalanma 38%, UNİCEF-in verdiyi məlumata görə isə Azərbaycanda 12% təşkil edir. Bununla bağlı ÜST 2025 ilə dək bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub və bütün ölkələriana südü ilə qidalanmanın dəstəklənməsi və həvəsləndirilməsi üçün geniş səhiyyə maarifi işinin təşkil olunmasına çağırır.
AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində avqust ayının 1-7avqust tarixində “1-7 Avqust Ümumdünya ana südü ilə qidalanma həftəsi” yerli bölmələrinin iştirakı və təşkilatçılığı hamilə qadınlar arasında görüşlər təşkil olunmuşdur. Belə ki, Yasamal rayonu 3 saylı qadın məsləhətxanası, Respublika xəstəxanasının doğum şöbəsində, AzQAC-in Sabunçu RB vasitəsi və iştirakı ilə Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evində və qadın məsləhətxanasında hamilə qadınlara ana südü haqqında geniş məlumatlar çatdırılmışdır. Bununla yanaşı də BMT QAK (UNHCR) qadın və gənclər mərkəzində 7 nəfər Əfqanistan, Pakistandan olan miqrant hamilə qadınları ilə görüş keçirilmiş, onlara ana südü ilə qidalanmanın uşağın həm fiziki, həmdə psixi sağlam böyüməsi üçün əvəzolunmaz və əhəmiyyətli qida məhsulu barədə geniş məlumatlar AzQAC“İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən əyani vəsaitlərin vasitəsilə çatdırılmışdır. O, hər zaman, hər məkanda ana südü ilə qidalanmaya dəstək verilməsini qeyd edərək, hər bir böyük insanın bunun üçün cəmiyyətin əlverişli olmasına da kömək edə biləcəyi məqamları xüsusi vurğulamışdır.