siaphoto_5710_6776420160804

“Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu yaradıldı

2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və 24 qeyri-hökumət təşkilatı tərəfindən ilkin təşəbbüs qrupunun yaradılması məqsədi ilə bu gün yığıncaq keçirilib.  Yığıncaqda həmkarlar ittifaqlarından və QHT-lərdən,ümumilikdə 452 təşəbbüsçünü təmsil edən 401 nümayəndə iştirak etdi.

İclasda Konstitusiyaya təklif edilən dəyişikliklər yüksək qiymətləndirildi. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Prezident olduğu illərdə Azərbaycan dövləti kifayət qədər güclənib. Bildirildi ki, zaman keçdikcə bütün ölkələrdə konstitusiyaya dəyişikliklər referenduma çıxarılır. Bu gün ehtiyac yaranıb ki, Azərbaycan Konstitusiyasına müvafiq dəyişikliklər olunsun və bu dəyişikliklər çox mütərəqqi dəyişikliklərdir. Vurğulanıb ki, Konstitusiyaya təklif edilən bu dəyişikliklər Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adlandırılması qərara alındı.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən, Cəmiyyətin prezidenti Dr.Novruz Aslanov və vitse-prezidenti Qafar Əsgərzadə Vətəndaş cəmiyyəti” təşəbbüs qrupuna səlahiyyətli nümayəndə seçildi.siaphoto_5710_6776420160804 siaphoto_5710_6776920160804 siaphoto_5710_6777120160804

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.