IMG-20160727-WA0001

Miqrantlar daim diqqət mərkəzindədir

Miqrasiya sosial-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir.  Bəşəriyyətin inkişafı tarixi miqrasiya prosesləri ilə sıx  surətdə bağlıdır. Miqrasiya axınlarının  intensiv olduğu regionlardan biri də post-sovet məkanıdır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycan da miqrasiya  ilə bağlı olan problemlərlə daim üzləşir və bu proseslərin idarə olunması və tənzimlənməsi üçün mütəmadi olaraq mühüm addımlar atır. Azərbaycan  Qızıl Aypara  Cəmiyyətinin də ölkədə yaşayan xarici məcburi köçkün və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək məqsədilə fəaliyyət planına uyğun işləri var və mütəmadi olaraq onlarla  görüşüb sorğular aparılması bir ənənə halını almışdır. Bu fəaliyyətin əsas hədəf obyektiləri isə cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş  Azərbaycan dili kursunun miqrant müdavimləridir.

Avqust ayının 8-də İcmada Sağlamlıq və qayğı layihələrinin koordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin əməkdaşı, migrantlara azərbaycan dili müəllimi Sona Hacıyeva xəstəsi və ehtiyacı olan, 7 nəfərlik bir əfqan ailəsi ilə evində  növbəti dəfə görüş müşlər. Aypara Cəmiyyətinin imkanları hesabına təşkil edilmiş ərzaq bağlaması ilə Şərifilər ailəsini sevindirən ayparaçılar onların problemlərinə azacıq da olsa dəstək olaraq,  söhbət və məsləhətləri ilə onların sıxıntılarına şərik olmuşlar. Ayparaçıların bu səmimi gəlişi onların arzu və istəklərini dilə gətirmələrinə imkan vermişdir.

Uzun illərdir ki, şəkər və qan təzyiqindən əziyyət çəkən ailə başçısı – Mohammad Ayub vaxtilə öz ölkəsində kifayət qədər imkanı və nüfuzu olan bir şəxs olub. 14 ilə yaxın İranda yaşamış, sonra isə Azərbaycana pənah gətirmişdir. Uzun, məşəqqətli miqrant həyatına dözməyən  iki oğlan və 4 qız anası İranda dünyasını dəyişmişsir.

İndi bu gün  ata xəstə və  işsizdir, ailənin qalan üzvləri işləmək yaşında olsalar da müvafiq sənədlərinin olmaması ucbatından heç yerdə dayanaqlı iş tapa,təhsil almaq arzularını gerçəkləşdirə bilmirlər. Azərbaycanda olduqlarından, Azəri xalqı ilə yaxın təmasda olduqlarından çox razıdırlar amma  günəmuzd, az ödənişli işlərlə dolanmaq da çox çətindir. Qızların tikmələr, toxumalar, bəzək əşyaları kimi bir çox incə əl işləri görmə qabiliyyətləri var, ancaq hazırladıqlarını satmağa yer və imkan tapa bilmirlər, bu işdə onlara kömək edə biləcək sponsora, xeyirxah insanlara ehtiyacları var.

Sona Haciyeva və Mətanət Qaraxanova onlara bir sıra problemlərin yüngülləşdirilməsi yolunda dəstək olmaq üçün çalışacaqlarını söylədilər və onlara dözüm və çətinliklərlə mübarizə əzmi arzuladılar. Miqrant ailəsi bu görüşdən çox məmnun qaldılar, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə onlara göstərdiyi bu diqqət və qayğıdan dolayı təşəkkürlər etdilər.

IMG-20160727-WA0000-1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.