Statistikaya görə, dünyada səbəb olduğu ölüm hadisələrinin 50%-dən çoxu qəza, bədbəxt hadisələrdən sonrakı bir neçə dəqiqə ərzində baş verir. Xoşbəxtlikdən bu cür ölüm hadisələrinin qarşısının alınması mümkündür. Bu da ilk yardım vərdişlərinin həyata keçirilməsi ilə mümkün olur. İlk yardım təcrübəsi hər bir vətəndaşı bədbəxt hadisə haqqında maarifləndirir, onlarda böyük və kiçik tipli fövqəladə hallara cavab vermə bacarıqları formalaşdırır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əhali arasında Fövqəladə Hallarda İctimai Səhiyyə, Yol təhlükəsizliyi, İlk Yardım (İlk psixoloji yardım daxil olmaqla) kimi sahələrə dair geniş səhiyyə-maarifi işinin təşkili kimi fəaliyyəti mühüm yer tutur. Cəmiyyət tərəfindən aparılan müşahidələr, son zamanlar Azərbaycanda bədbəxt hadisələrin tez-tez baş verməsi, insanların bu haqda məlumatsız olması, İlk Yardım mövzusunun vacib olmasını nümayiş edir. Bununla belə, AzQAC-n İlk Yardım kursunun Beynəlxalq standartlara uyğun istifadəsi əminliklə imkan verir ki, Cəmiyyət bir sıra təşkilatlarla əməkdaşlıq çərçivəsində İlk Yardım üzrə təlimlərin təşkilini həyata keçirdsin.
Belə ki, avqust ayının 11-də AzQAC-in İlk Yardım sektorunun təlimatçısı Şahin Biləndərli tərəfindən BMT-ın Azərbaycan Nümayyəndəliyinin 17 nəfər işçi heyəti üçün İlk Yardım vərdişlərinin öyrənilməsi üzrə təlim təşkil olunmuşdur. Təlim iştirakçılarına insan orqanizmin fizioloji və bədbəxt hadisələrdə müxtəlif bədən xəsarətlərinin xüsusiyyətləri və ilk yardımın həkim gələnədək aparılmasına dair məlumatlar prezentasiya formasında, manikenlərin istifadəsi ilə geniş şəkildə təqdim edilmişdir.
AzQAC ölkə vətəndaşlarının İlk Yardımla bağlı maarifləndirilməsinə yönnəldilən tədbirlərin davamlı şəkildə həyata keçirilməsi üçün müxtəlif kompaniyalarını təşkil etməyi nəzərdə tutur.