Dünyada ən böyük humanitar yönülü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə daim öz humanitar missiyasını bir çox təşkilatlarla əməkdaşlıq edərək, Region Mərkəzlər və Rayon Bölmələri vasitəsi ilə geniş şəkildə həyata keçirir.
Belə ki, 19 avqust tarixində Ümumdünya Humanitar Yardım günü münasibətilə “Vahid Bəşəriyyət” şüarı altında Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Nizami Rayon Bölməsinin təşkilatçılığı və nümayyəndələr və könüllülərinin iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun xəstəxanasında müalicə olunan xəstələrlə görüş keçirilmişdir. Xəstələr üçün konsert proqramı təşkil edilmişdir. Konsertdə milli rəqsləri və digər gözəl müsigiləri Xəzər rayonunda Binə qəsəbəsində yerləşən Binə Mədəniyyət Mərkəzinin “Üçlük Xəzər” trio ansamblı ifa etmişdir. Bununla yanaşı uşaq şöbəsində müalicə olunan 25 xəstəyə kiçik hədiyyələr təqdim edilmişdir.
Bu görüş vasitəsilə BQXQA Hərəkatının humanitar missiyamızı yerinə yetirərək, ehtiyacı olan insanlara çətin anlarında onlara diqqət və qayğı göstərmək, sevindirmək, bir anlıq da olsa onlara xəstəliklərini unutdurmağa çalışdır.
Tədbirin sonunda sağlamlığı məhdud uşaqların valideynləri, tibb işçiləri və digər iştirakçılar bu tədbirin xəstələrin əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayaraq, tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.