r61

19 avqust – Ümumdünya Humanitar Yardım (edənlər) günüdür

Dünyada ən böyük humanitar yönülü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının  üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti  ölkədə  daim öz humanitar missiyasını  bir çox təşkilatlarla əməkdaşlıq edərək, Region Mərkəzlər və Rayon Bölmələri vasitəsi ilə  geniş şəkildə həyata keçirir.

Belə ki, 19 avqust tarixində  Ümumdünya Humanitar Yardım günü münasibətilə “Vahid Bəşəriyyət” şüarı altında  Cəmiyyətin  “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Nizami Rayon Bölməsinin təşkilatçılığı  və nümayyəndələr və könüllülərinin iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun xəstəxanasında   müalicə olunan xəstələrlə görüş keçirilmişdir. Xəstələr üçün   konsert proqramı təşkil edilmişdir.  Konsertdə milli rəqsləri və digər  gözəl müsigiləri  Xəzər rayonunda Binə qəsəbəsində yerləşən Binə Mədəniyyət Mərkəzinin “Üçlük Xəzər” trio ansamblı ifa etmişdir.  Bununla yanaşı uşaq şöbəsində müalicə olunan 25 xəstəyə kiçik hədiyyələr təqdim edilmişdir.

Bu görüş vasitəsilə  BQXQA Hərəkatının  humanitar missiyamızı  yerinə yetirərək, ehtiyacı olan insanlara çətin anlarında onlara diqqət və qayğı göstərmək, sevindirmək, bir anlıq da olsa onlara xəstəliklərini unutdurmağa çalışdır.

Tədbirin sonunda sağlamlığı məhdud  uşaqların valideynləri, tibb işçiləri və digər iştirakçılar bu tədbirin xəstələrin əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayaraq, tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.P1080661 P1080667 P1080688 r58 r60

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.