Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Belə ki, illərlə Dağlıq Qarabağda davam olunmuş münaqişə nəticəsində və son günlərdə cəbhəxətti bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı yerli əhalinin psixoloji nöqteyi nəzərdən yaşayış tərzi bir qədər gərginliyə doğru dəyişilmişdir. Ən çox da bunu uşaqlara, gənc nəslə şamil etmək olar. Nəzərə alaq ki, uşaqlar yay tətilindədirlər və asudə vaxtlarını səmərəli qaydada keçirtmək üçün, eyni zamanda uşaqların əhval ruhiyyələri, psixoloji durumlarının yaxşılaşdırılması üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti tərəfindən yay düşərgəsi təşkil olunmuşdur.
Düşərgə Gəncə şəhərində təşkil olunmuşdur.Məqsəd cəbhəxətti regionlarında yaşayan 10-15 yaşlı və ən zavallı ailələrindən olan uşaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirtmək idi. Düşərgə avqustun 15-dən 26-dək davam etdi. Düşərgədə Ağdam və Tərtər rayonlarının cəhbəxətti ərazilərində yaşayan kəndlərindəki uşaqlardan 150 nəfər (24 qız, 126 oğlan) iştirak etmişdi. Düşərgə 3 hissədən (hər hissədə 50 nəfər, 5 işçi heyəti, 10 könüllü olmaqla) ibarət idi. Qeyd edək ki, yay istirahət düşərgəsində Cəmiyyətdən İcraçı Katibin müavini – Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Gənclər Komitəsinin sədri Türkanə Atakişiyeva, Gəncə RM koordinatoru İsmayıl Əsədov, Gəncə RB sədri Sücəddin Qurbanov, Tərtər və Ağdam RB sədrləri iştirak etmişdilər. Düşərgədə uşaqların istirahəti, fəaliyyəti Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanmış proqrama əsasən aparılırdı. Düşərgəyə ilk öncə birinci hissə – 50 nəfər uşaq nümayəndə heyəti tərəfindən qarşılanıb və yerləşdirilmişdir. Hər 4 gündən bir qruplar dəyişilərək növbəti qruplar qəbul olunurdu. Uşaqlar düşərgədə olan müddətdə müxtəlif təlimlər (QXQAH yaranma tarixi, tərkib hissələri və fəaliyyətləri, Fundamental Prinsiplər, İlk Yardım, Sağlam Həyat tərzi, Yol Təhlükəsizliyi, Psixoloji dəstək) aparılmışdır. Asudə vaxtlarında isə uşaqlar idman- futbol, voleybol, stolüstü tennis, basketbol, badminton, domino, nərd, ipətma, dairə, musiqi, əl işləri, folklor, faceart, toxuculuq, rəsm işləri və s. nümayiş etdirirdilər. Uşaqlar düşərgə boyu bir çox tarixi və mədəni yerlərə – Nizami məqbərəsi, Nizami muzeyi, Qoşaqala qapısı, Heydər Əliyev parkındakı atraksionlara səyahət, Göygölə, Çaykəndinə, Hacıkəndə isə ekskursiya etmişdilər.
Uşaqlara hədiyyə olaraq ağ köynək, papaq, çimərlik geyimləri, məktəbli çantaları, dərs ləvazimatları verildi. Uşaqlar bu düşərgədən olduqca məmnun qaldılar. Bu cür düşərgələrin keçirilməsi gələcəkdə də nəzərdə tutulub.
Biz də Cəmiyyət olaraq rəhbərliyinə və əməkdaşlarına təşkil etdiyi bu düşərgə üçün öz təşəkkürümüzü bildiririk. Qeyd edək ki, düşərgədə
Sonda düşərgədə iştirak edən uşaqların valideynləri və müəllimləri düşərgənin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin və BQX-nin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə keçirdikləri düşərgə üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.