12

Mərhəmət dünyasına ilk qədəmin mübarək!

Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Artıq dördüncü ildir ki, AzQAC –ın dəstəyi  ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış əcnəbi qaçqın və miqrantlara təmənnasız Azərbaycan dili kursu açmışdır. Cəmiyyətin Miqrasiya, Humanitar yardım, Saglamlıq və Qayğı, Gənclər və Könüllülər şöbələrinin əməkdaşları mütəmadi olaraq miqrantlarla görüşür və onlara   humanitar yardımlar edir (ərzaq bağlamaları), geyim əşyaları, ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları, məktəb uşaqlarına məntiqi- psixoloji təlimlər, çantalar və dərs ləvazimatları və s.

Bu dəfəki təşəbbüsün sahibi isə Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyevanın nəvəsi , 42 saylı məktəbin 2-ci sinif şagirdi, dərs əlaçısı, Aypara Cəmiyyətinin azyaşlı könüllüsü Ziya Nəsibli oldu. Gözünü açandan humanist bir ailədə tərbiyə alan , ailə xeyirxahlıqlarının şahidi olan balaca Ziya atasına müraciət edərək miqrant yaşıdlarına məktəb çantası hədiyyə etmək istədiyini bildirmişdir. Onun bu arzusu böyük məmnuniyyət hissi ilə qarşılanmış və 6 ədəd  məktəb çantası 21 oktyabrda AzQAC-ın Bakı ofisində, Miqrasiya şöbəsində  miqrasiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsi yanında İctimai Şuranın katibi Məmməd Kətanov, Respublikanın Baş müəllimi, Miqrantlara Azəribaycan dili kursunun müəllimi Sona Hacıyeva, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, Yayım sektorunun  rəhbəri Xalid Xəlilovun iştirakı ilə reallaşdırılmış və çantalar balaca yardımsevər Ziya  və iştirakçılar tərəfindən ehtiyacı olan 3-ü qız və 3-ü oğlan olmaqla 6 məktəbliyə təqdim edilmişdir. Təqdimat zamanı Sona müəllimə bu uşaqlara dərslərdən müvəffəq olmalarını, yaxşı biliklərə sahiblənməyi və gələcəkdə öz ölkələrinin tanınmış mütəxəssisləri olmağı arzu etdi və bu uşaqları sevindirmək imkanını əldə etdikləri üçün çox məmnun olduqlarını bildirdi. Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov uşaqların bu günü öz həmyaşıdlarından hədiyyə aldıqları üçün daha yadda qalan olacağını söylədi.

Sonda M. Kətanov Ziyaya “ Mərhəmət dünyasına ilk qədəmin mübarək”- söylədi və onu bu addım münasibətilə təbrik etdi.

Miqrant analar göstərdikləri diqqət və qayğıya görə AzQAC əməkdaşlarına və balaca yardımsevərə minnətdarlıqlarını bildirmişlər.13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.