2002-ci ilin oktyabr ayında yaranmış FAEEN-nin (Ilk Yardım üzrə Təhsilin Avropa Şəbəkəsi) yaranmasının əsas məqsədi İlk Yardımın Avropa regionuna daxil olan Milli Cəmiyyətlərində inkişaf olunması, keyfiyyətli, mühitə uyğun tədris programların və pedaqoji üsulların təqdimatı və ən aparıcı təcrübələrinin bölüşməsindən ibarətdir.
2016-cı il 12-15 Oktyabr tarixlərində İtaliyanın Bolonya şəhərində təşkil olunmuş görüşün mövzusu “Hansı üsullarla İlk Yardım ön planda saxlanıla bilər?” və müzakirələr zamanı, ekspertlərin təqdim etdiyi statistik rəqəmlərdən belə müəyyənləşdirildi ki, bu vaxta qədər 190 Milli Cəmiyyətlər tərəfindən aparılan fəaliyyətlər nəticəsində İlk Yardım artıq ön plandadır. İlk Yardım demək olar ki, Qızıl Xaç və Qızıl Aypara Hərərkatının önəmli və cəlb edici fəaliyyətlərindən biridir və bu sahədə təqdim olunan vərdişlər əhaliyə həm məişətdə həm də hər hansısa bir fövqəladə hallarda (münaqişələr, ixtişaşlar, təbii fəlakətlər) özlərinin və digərlərin həyatını xilas etməsinə imkan yaradır. Statistik məlumata görə bu zamana qədər artıq 22.6 million insan ilk yardım fəaliyyətlərində (təlimlərdə, tədbirlərdə) iştirak etmiş və bu göstərici Hərəkatın digər fəaliyyətlərinin göstəricilərindən təxminən 10 dəfə artıqdır.
Diqər tərəfdən müzakirələrdə qeyd olundu ki, əslində bizim fəalliyətimizdə İlk Yardım vərdişi yox, ona ehtiyacı olan, zərər çəkən və ya gələcəkdə bəhrələnə biləcək insanlar ön planda olmalıdır. Fövqəladə hal baş verdikdə çox vaxt nə İlk Yardım təlimatçısı nə də İlk Yardımçı cavab vermək imkanında deyirlər. İlk Yardım qonşuluqda, ailədə olan insanlar tərəfindən göstərilə bilər və ona görə də onların bu vərdişlərə yiyələnməsi vacibdir. Təqdim edilən tədris programı lazımı halda mühitə, şəraitə, insanların ehtiyaclarına və vaxtlarına, bilik və bacarıq səviyyələrinə və bir növ hətta maraqlarına uyğun qurulmalıdır. Məsələn müasir texnikadan istifadə edən yeniyetmə və gənclərə internet vasitəsilə öyrənə biləcək programlar hazırlanmalıdır. Eyni zamanda icmalara əsaslanan İlk Yardım icmaların özlərinin tərəfindən Qızıl Xaç və Qızıl Aypara Hərəkatının dövlət və qeyri dövlət strukturları qarşısında hörmət və imicinin artırılmasında mühüm rol oynamalarına səbəb ola bilər və Hərəkatın özünəməxsusluğunu bir daha sübut edər. Hərəkatın üzvləri və könüllüləri təkçə vərdişləri verməklə kifayyətlənmir, onlar nə dərəcədə bu vərdişlərin əldə olunub istifadə olunduğunu şərh edir və nəticədə təqdim olunma üsullarını təkmilləşdirir.
Görüş zamanı sənədləşmədə yeniliklər də qeyd olundu. Belə ki, artıq Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən Hərəkat daxili və kənar partnerlarla əməkdaşlıqda 2016-2020-ci illəri əhatə edən Beynəlxalq Bərpa üzrə Qaydalar sənədi tərtib edilmişdir. Milli Cəmiyyətlər yeni qaydalara əsaslanaraq öz tədris programlarında lazımı yeniliklər edə bilərlər. Digər maraqlı və vacib olan sənəd 2015-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş 32-ci Beynəlxalq Konfransında “Təbii fəlakətlərə, risklərin azaldılmasına və İlk Yardıma dair Qanunvericiliyin gücləndirilməsi” adlı sənəddir. Bu sənədə görə tədris ocaqlarında İlk Yardımın yayımı və tədris planına salınması zəruridir.
Görüşün sonunda iştirakçılar tərəfindən FAEEN-nin İdarəetmə Komitəsi və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin Bolonya Komitəsinə maraqlı görüşün təşkil olunmasına görə təşəkkür bildirilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran təmsil etdi. FAEEN-in növbəti görüşünün keçirilməsi 2017-ci ilin sentyabr ayında Monteneqroda nəzərdə tutulur.