20-21 oktyabr 2016-ci il tarixlərində BQXK-nin dəstəyi ilə Beynəlxalq Axtarış Xidməti və AzQAC-nin Axtarış xidmətinin strateji planına uyğun olaraq Fövqəladə Hallara hazırlıq mövzusunda planlaşdırılmış seminar keçirlmişdir.
Seminarı giriş sözü ilə AzQAC İcraçı katibi Ceyhun Mirzəyev və Regional əməkdaşlıq üzrə nümayəndəsi Gregory Le Coq açmışlar.
Seminarda Axtarış Xidmətinin vacibliyi, konfliktlər zamanı xidmətin dinamikliyi və planlaşdırma barəsində geniş təqdimat verildi. Seminar qarşılıqlı müzakirələr və qrup işləri çərçivəsində keçdi.
Seminarda BQXK-nin Axtarış Xidmətinin təmsilçisi Samir Qacimustafik, BQXK-nin məhkəmə-tibb ekspertiza üzrə regional koordinatoru Metyu Venimar, AzQAC-nin Miqrasiya şöbəsinin mudiri Məmməd Kətanov, AzQAC-nin Prezidentin Müşaviri Elşən Səlimzadə, Axtarış Xidmətinin müdiri Mbuari Mirzəzadə, Axtarış xidmətinin asistenti Afət Mirzəzadə iştirak edirdilər.