Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə fəaliyyət göstərən yerli və QHT-la birgə əhali arasında müxtəlif sağlamlıqla bağlı problemərinə həsr edilən geniş səhiyyə maarifi işini təşkil edir. Belə ki, 2016-cı il oktyabrın 22-də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində gənclər üçün oktyabrın 10-nu Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilən seminar təşkil olunmuşdur. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova seminar iştirakçılarını salamlayaraq, Ümumdünya Psixi Sağlamlıq Günün qeyd olunmasının məqsədi, insanın sağlamlığı, təhsil, ailə və iş münasibətləri, sosial durumu və iqtisadi vəziyyəti kimi bir çox amilərin onun psixi sağlamlığına təsiri barədə qısa açıqlama verdi. Cəmiyyətin “Psixoloji Dəstək” proqramının kordinatoru, İsmayıl Atayev isə gənclərə insanın cəmiyyəttə stressə qarşı adaptasiya mexanizmləri barədə, psixi sağlamlığın qorunması məsələlərinə dair geniş məlumatlar təqdim etdi. Sonra İ.Atayev seminar iştirakçıların onların həyatında rastlaşdığı problemlərlə bağlı verilən suallarını cavablandırdı.
Sonda iştirakçılar seminarın təşkilatçılarına təşəkkür bildirib, bu kimi seminarların mütəmadi keçirilməsini arzulamışlar.