02 noyabr 2016-cı il tarixində Bakı Regional Mərkəzində Az.QAC vitse-prezidenti- Təşkilat İdarəsinin rəisi Əziz Qocayev,RM və Yerli bölmələrlə İş üzrə şöbənin müdiri Ağayar Hüseynovun iştirakı ilə iclas keçirildi.İclası Əziz Qocayev açaraq Bakı RM daxil olan rayon bölmələrində nizam-intizamın aşağı səviyyədə olduğunu bildirdi. Belə ki,bölmələrdə əməkdaşların işə gecikmə,işdən vaxtından əvvəl getmə,hətta iş saatlarında işçilərin işdə olmadıqları halları vurğuladı.Yalnız Nizami RB,Yasamal RB nizam-intizamını qənaətbəxş hesab edərək,digər rayon bölmələrinin də bu rayon bölmələri kimi nizam-intizama riayət etmələrini,vaxtlı-vaxtında işə gəlmələrini,onlara müraciət edən vətəndaşları qəbul etmələrini ciddi tapşırdı.Bakı RM koordinatoru R.İbrahimova da çıxış edərək rayon bölmələrindəki nizam-intizam barəsində öz iradlarını bildirdi və sədrlərə bundan sonra belə halların qeyd olunduğu zaman onlar haqqında ciddi tədbirlərin görüləcəyini bildirdi.Sonra rayon bölmələrinin sədrləri çıxış edərək,doğurdan da belə halların qaçılmaz olduğunu bildirdilər,nizam-intizamdakı qeyri sabitliyin yaranma səbəblərindən danışdılar və belə halların bir daha olmayacağını vurğuladılar.