03 noyabr 2016-cı il tarixində Bakı Regional Mərkəzin Nizami RB, Sabunçu RB,Binəqədi RB-nin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Park Plyus”əyləncə mərkəzində valideynlərini itirmiş 25 nəfər məktəbli uşaqlar üçün tədbir keçirildi.
Tədbiri Bakı RM-in koordinatoru Rəna İbrahimova açaraq tədbir iştirakçılarını salamladı.Bildirdi ki,həyata qədəm qoyan məktəbli gənc nəsil daima Aypara Cəmiyyətinin diqqət mərkəzindədir.Gənclərimizin sağlam,savadlı mütəxəssis, vətənə layiqli oğul,qız kimi böyümələri üçün mütəmadi olaraq məktəblərdə görüşlər keçirir,müxtəlif mövzularda maarifləndirmə tədbirləri aparır.Binəqədi RB sədri Afət Quliyeva,Sabunçu RB sədri Elmira Məlikova da çıxış edərək uşaqları təbrik etmiş,onlara mənəvi dayaq olduqlarını bildirmişlər. Sonra məktəblilərin görüşünə gəlmiş Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) nümayəndələri də bu tədbirə qoşulub öz ürək sözlərini demiş və özlərinin hazırladıqları şirniyyatları uşaqlara paylamışlar.Tədbir Sabunçu RB tərəfindən cəlb edilmiş 96,192,213,252,310 saylı məktəblərin şagirdlərinin iştirakı ilə Binəqədi RB-nin təşkil etdiyi şirniyyat stolu arxasında davam etmişdir.Sonda hədiyyələr məktəblilərə paylanıldı.