Pirallahı rayonu 186 № li sayli tam orta məktəbdə İnsan Alverinə Qarşı mübarizə mövzusunda seminarı keçirildi. Seminarda məktəbin direktoru Xankişiyev Arif, Direktor müvini Ramazanova Həcər, Pirallahı rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsənzadə Şəhla, Pirallahı rayon bölməsinin könüllüsü Cabarova Nigar iştirak etdilər. Məktəbin direktoru tədbiri açıq elan etdi tədbir iştirakçılarını salamladı və sözü Pirallahı rayon AzQAC-nin sədri Təranə İskəndərovaya verdi. Əvvəlcə AzQAC haqqında məlumat verildi sonra isə İnsan Alverinə qarşı mübarizə haqqında maarifləndirməni davam etdirildi. Geniş informasiyadan sonra video-çarx göstərildi, diskusiya aparıldı və bukletlər paylanıldı.