Məqsədimiz Azərbaycan Qızıl Aypara Cəmiyyətində Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla social cəhətdən zəif müadifə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasıdır.
Cəmiyyətin 2016-2020-ci illərin Strateji Planına əsasən, 11 noyabr 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində AzQAC-ın Gənclər və Könüllülər şöbəsinin, İnformasiya və İctimaiyyətlə Əlqələr şöbəsinin yayım sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə AzQAC-ın Gənclər və Könüllülər şöbəsinin müdiri və İcraçı Katibin müavini Xalidə İsgəndərova və İnformasiya və İctimaiyyətlə Əlqələr şöbəsinin Yayım sektorunun rəhbəri Xalid Xəlilov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi, fəlsəfə doktoru dosent Sədaqət Əliyeva iştirak etmişdir. İlk öncə tələbələrə Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında məlumat verilmişdir. Daha sonra onların verilən məlumatları qavrama qabiliyyətlərini yoxlamaq üçün məntiqi test verilmişdir. Testə əsasən tələbələrin Hərəkat haqqında bilikləri yoxlanılmış və onları maraqlandıran suallara cavab verilmişdir. Tələbələrə Gənclər və könüllülər şöbəsi tərəfindən hazırlanmış 2016-2020-ci illər strategiyasına əsasən gənc könüllülərin cəlbolunma prezentasiyası təqdim olunmuşdur. Onlara könüllü olmaq üçün blanklar və yayım materialları paylanılmışdır. Tədbirin sonunda tələbələr könüllü olaraq AzQAC-ın könüllüləri kimi qeydiyyatdan keçdilər.
Tədbirin ərsəyə gəlməsində etdikləri köməkliyə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə və kollektivinə dərin təşəkkükrümüzü bildiririk.