Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 14-16 noyabr 2016-cı il tarixlərdə Bakı şəhəri, “Ambassador” oteldə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminar keçirilmişdir. Məqsəd AzQAC-ın cəbhəyanı ərazilərə daxil olan rayon bölmələrinin təlimatçlarına Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) tarixi, məqsədi, fəaliyyətləri, fundamental prinsiplərin yaranma tarixi və s. haqqında məlumatların verilməsi olmuşdur. Təlimatçıların bu sahədəki biliklərinin artırılması ona imkan verir ki, onlar da öz növbəsində çalışdıqları cəbhəyanı ərazilərdə Hərəkatın məqsədi və fəaliyyətləri barədə əhali arasında öz bilik və bacarıqlarını bölüşsünlər.
Seminarda AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı katibin müavini – Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, BHH və Fundamental prinsiplərin Yayımı sektorunun rəhbəri Xalid Xəlilov, Daxili Hesabat sektorunun rəhbəri Yaqut Hüseynova, şöbənin asisstenti Nərmin Sadıqova, Regional Mərkəz və Yerli bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova, İlk Yardım sektorunun rəhbəri Vurğun Həsənov, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Humanitar Yardım şöbəsinin müdiri Əliağa Abbasov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova iştirak etmişdilər.
AzQAC-ın əməkdaşları çıxışları zamanı istər beynəlxalq , istərsə də yerli səviyyədə əldə etdikləri bilik və bacarıqlarını təlimatçılarla bölüşmüşdülər.