AzQAC-nin Pirallahı rayon bölməsinin qeydiyyatında olan 15 nəfər ehtiyaclı ailəyə ərzaq yardımı paylanıldı, Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə yardımlar bölmənin işçi və könüllüləri tərəfindən evlərinə çatdırıldı.Söz alan tədbir iştirakçıları son zamanlar Pirallahıda həyata keçirilən bu yönümlü humanitar aksiyaları yüksək qiymətləndirdilər və diqqət ücün xeyriyyəçimizə və bölmə əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.